SOCAR “Günəşli” yatağında iki nasos stansiyasının tikintisini nəzərdə tutur. Bu barədə şirkətin məlumatında deyilir.
"SOCAR-ın “Azneft” İstehsalat Birliyinin sifarişi ilə “Neftqazelmitədqiqatlayihə” İnstitutunun layihəsi əsasında “Günəşli” yatağında istismar olunan quyularda lay təzyiqinin sabit saxlanılması məqsədi ilə 2 ədəd yeni nasos stansiyasının inşası nəzərdə tutulur”, - deyə məlumatda bildirilir.
Layihənin baş podratçısı “Neftqaztikinti” Trestidir. Yataqdakı 6 və 9 saylı dərin dəniz özüllərində yerləşdiriləcək nasos stansiyalarının su tələbatına uyğun yeni dalma nasosları, soyutma və drenaj, nəzarət ölçü cihazları və avtomatika, eləcə də yanğınsöndürmə sistemləri, qaldırıcı mexanizmlər quraşdırılacaq. Özüllərdəki mövcud operator otaqları yenilənəcək, boru xətlərinin üzərində keçid meydançaları inşa ediləcək. İnşaat işləri zamanı ətraf mühitin mühafizəsi bütün müasir norma və tələblərə uyğun şəkildə təmin ediləcək.
Quraşdırılacaq nasos stansiyalarının gündəlik suvurma gücü 6 saylı özüldə 5000 kubmetr, 9 saylı özüldə isə 9500 kubmetr təşkil edəcək.*
N.Abbasova
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
TuranBank Habib American Bank-da ABŞ dollarında müxbir hesab açıb
Dünyanın ən məşhur idman və əyləncə kanalları indi “CityNet”də!
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət