“Günəşli” yatağında Qazlift Kompressor Stansiyası gün ərzində 3 mln. kubmetr layihə gücünə çatdırılıb. Bu barədə SOCAR-ın rəsmi saytında məlumat verilir.
“Stansiya cari ilin əvvəlində istismara verilsə də, qurğu bu günlərdə tam istismar gücünə çatdırılıb. Stansiyada sazlama, işəburaxılma işləri tam yekunlaşıb və kompressor qurğuları yüksək məhsuldarlıq, təzyiq və dövrlər sayı rejimlərində sınaqdan keçirilib”, - deyə məlumatda qeyd olunur.
SOCAR-ın məlumatına görə, Qazlift rejiminə uyğun 3 ədəd kompressor qurğusu daimi işlək vəziyyətdədir və sistemi gün ərzində 3 mln. kubmetr həcmində sıxılmış qazla təmin edir.
“Bu stansiya vasitəsilə “Günəşli” yatağındakı qazlift üsulu ilə istismar edilən bütün quyuları sıxılmış qazla davamlı təmin etmək mümkün olacaq”, - deyə məlumatda qeyd edilir.
Xəbər verildiyi kimi, Qazlift Kompressor Stansiyası Stansiya dənizin 87 metr dərinliyində quraşdırılıb. Stansiyanın istismara verilməsi “Günəşli” yatağındakı platformalarda qazlift sistemini tənzimləmək, eləcə də atmosferə atılan qazların yığılaraq nəql olunmasını həyata keçirilməsinə imkan verib.
“Günəşli” yatağının dayazsulu hissəsi 1980-ci ildən işlənilir. Yataq SOCAR-ın bütün neft hasilatının 65%-ə qədərini təmin edir.
N.Abbasova
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
AccessBank dollar əmanətləri üzrə faiz dərəcələrini artırdı
AccessBank regionlarda iştirakını möhkəmləndirir: Yeni filial artıq Qubada
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət