Beynəlxalq birlik Ermənistan rəhbərliyinin Azərbaycanın dinc əhalisinə qarşı törətdiyi cinayətlərə, o cümlədən Xocalı soyqırımına siyasi-hüquqi qiymət verməlidir. Bunu Azərbaycan Prezidenti Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdir müavini Ərəstun Mehdiyev deyib.
"Təəssüf ki, beynəlxalq birlik ermənilərin 25 il bundan əvvəl Xocalı sakinlərinə qarşı törətdiyi soyqırıma hələ lazımi siyasi-hüquqi qiymət verməyib. Amma dövlətimiz bu istiqamətdə işləməyə davam edir", - deyə o, bu gün Milli Məclisdə keçirilən“Beynəlxalq cinayətlərin qarşısının alınması və cəzalandırılması haqqında” qanun layihəsinin təqdimat mərasimində bildirib.
Ə.Mehdiyev vurğulayıb ki, Xocalı soyqırımı ermənilərin bir neçə əsrdir azərbaycanlılara qarşı və Azərbaycanda yürütdüyü təcavüz və işğal siyasətinin ən qanlı səhifələrindən biridir.
"Bu qanun layihəsi böyük önəm kəsb edir. Ümid edirik ki, onun qəbul edilməsi ilə biz nəhayət, Xocalı soyqırımının və azərbaycanlılara qarşı digər hərbi cinayətlərin törədilməsində təqsirli olanları cinayət məsuliyyətinə cəlb etməyə nail olacağıq", - deyə Prezident Administrasiyasının nümayəndəsi qeyd edib.
O deyib ki, bu məsələ bu gün də aktualdır.
"Artıq 25 ildir Xocalı soyqırımı ilə bağlı istintaq davam edir. Cinayətkarların adları məlumdur, İnterpolun xətti ilə onların barəsində beynəlxalq axtarış elan edilib. Günahkarlardan bir çoxu Ermənistanda hakimiyyətdə olub və indi də hakimiyyətdədir, onlar qanlı qırğında iştiraklarını açıq şəkildə bildiriblər. Əminəm ki, biz onların cinayət məsuliyyətinə cəlb edilməsinə nail olacağıq", - deyə Ə.Mehdiyev vurğulayıb.*
R.Babayev
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
AccessBank dollar əmanətləri üzrə faiz dərəcələrini artırdı
AccessBank regionlarda iştirakını möhkəmləndirir: Yeni filial artıq Qubada
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət