2016-cı ildə Azərbaycanda 8,4 min hektara yaxın qanunsuz satılan torpaq bələdiyyələrə qaytarılıb. Bu barədə ədliyyə nazirinin müavini Vilayət Zahirov bəyan edib.
“Ötən il 8359 hektar qanunsuz satılan torpaq bələdiyyələrə qaytarılıb”, - deyə V.Zahirov Milli Məclisinin bu gün keçirilən plenar iclasında bələdiyyələrin illik fəaliyyətinə dair təqdim etdiyi məruzə zamanı bildirib.
Onun sözlərinə görə, vətəndaşlardan Bələdiyyələrlə İş Mərkəzinə 2320 müraciət daxil olub. Bu müraciətlərin yarısı torpaq məsələləri ilə bağlıdır.
“Xüsusilə, torpaq məsələləri ilə bağlı müraciətlərin 538-i torpaq sahələrinin ayrılmaması, 145 müraciət torpaq sahələrinin sənədləşdirilməməsi, 557 müraciət isə torpaq mübahisələri ilə əlaqədardır”, - deyə V.Zahirov qeyd edib.
“Ümumilikdə, müraciətlərin 126-sı təmin edilib. 58 fakt üzrə hüquq-mühafizə orqanlarına müraciət edilib, 12 cinayət işi başlanıb”, - deyə nazir müavini vurğulayıb. **
R.Babayev
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət