Prezident İlham Əliyev fevralın 23-də “Cənub Qaz Dəhlizi” Məşvərət Şurası çərçivəsində nazirlərin III toplantısında iştirak edir. Bu barədə dövlət başçısının saytında məlumat verilir.
Toplantıda 7 ölkənin - Türkiyə, Gürcüstan, İtaliya, Yunanıstan, Albaniya, Bolqarıstan və Xorvatiyanın energetika nazirləri də iştirak edir.
Bundan başqa, Monteneqronun iqtisadiyyat naziri, Bosniya və Herseqovinanın xarici ticarət naziri, ABŞ dövlət katibinin enerji diplomatiyası üzrə köməkçisinin müavini Robin Danniqan, Böyük Britaniya baş nazirinin Azərbaycan üzrə ticarət elçisi baronessa Emma Nikolson, Avropa Komissiyasının enerji birliyi üzrə vitse-prezidentiMaroş Şevçoviç də toplantıya qatılıb.
Serbiya, Rumıniya, Macarıstan, Çexiya, Polşa və Ukraynanı isə bu ölkələrin Azərbaycandakı səfirləri təmsil edir.
Beynəlxalq maliyyə qurumlarından tədbirdə Dünya Bankı, Avropa İnvestisiya Bankı, Avropa Yenidənqurma və İnkişaf Bankı, Almaniya İnkişaf Bankı (KfW), Beynəlxalq Maliyyə Korporasiyası və Asiya İnkişaf Bankının nümayəndələri iştirak edir.
Məşvərət Şurasının III iclası dörd plenar sessiya üzrə keçiriləcək. Birinci sessiyada “Cənub Qaz Dəhlizi” layihəsinin bütün seqmentləri üzrə görülmüş işlərə dair hesabatlar diqqətə çatdırılacaq. İkinci plenar sessiyada layihəyə cəlb edilmiş ölkələrin nazirlərinin çıxışları nəzərdə tutulub. Üçüncü plenar sessiya “Global enerji bazarının dəyişən trendləri fonunda CQD-nin maliyyələşdirilməsi” mövzusuna həsr olunub. Dördüncü hissədə isə “Cənub Qaz Dəhlizi” layihəsinin genişləndirilməsi perspektivləri, İAP istiqaməti üzrə məruzələr dinləniləcək.
Yekun olaraq “Cənub Qaz Dəhlizi” Məşvərət Şurası çərçivəsində nazirlərin görüşünün iştirakçıları tərəfindən “Birgə Bəyannamə” imzalanacaq.*
A.Əzizov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Dünyanın ən məşhur idman və əyləncə kanalları indi “CityNet”də!
Azər Türk Bank daha bir filialını istifadəyə verdi
AccessBank Masallıda filialının açılması ilə regional şəbəkəsini genişləndirir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət