“Fitch Ratings” Beynəlxalq reytinq agentliyi SOCAR-ın (ARDNŞ) emitentinin uzunmüddətlidefoltreytinqini"BB+" səviyyəsində təsdiq edib. Bu barədə agentlikdən məlumat verilib.
Emitentin uzunmüddətlidefoltreytinqi üzrə proqnoz - “mənfi”dir.
Eemitentin qısamüddətlidefoltreytinqi “B” səviyyəsində təsdiq olunub, prioritet təmin olunmamış reytinq - “BB+” səviyyəsindədir.
Məlumatda qeyd olunur ki, SOCAR-ın reytinqləri Azərbaycanın suveren reytinqlərinə uyğundur. SOCAR - ölkə üzrə neft hasilatının 20% payına malik olan miqyası üzrə orta inteqrasiya olunmuş neft şirkətidir. Şirkət nəqliyyat, emal və satış, kimya sənayesi seqmentində, həmçinin pərakəndə aktivlərin sahibidir.
ARDNŞ Türkiyədə “Petkim” kompleksinə nəzarət edi və bu ölkədə illik gücü 10 mln. ton olan “STAR” NEZ-in tikintisi həyata keçirir. Agentlik bu layihəni səmərəli hesab edir. 2016-cı il noyabr ayının sonuna layihə üzrə işlərin 54%-i icra olunub. Bundan başqa, SOCAR Azərbaycanda məhsulların bölüşdürülməsinə dair bir neçə sazişdə iştirak edir və ödənişsiz əsasla hasil olunan neft, təbii qaz və kondensatın bir hissəsini əldə edir.
“SOCAR-ın reytinqləri Azərbaycanın suveren reytinqləri ilə eyni səviyyədədir. Çünki şirkət strateji mühüm neft-qaz sahəsində dövlətin maraqlarını təmsil edir. ARDNŞ əsas maliyyə və investisiya qərarlarınınn qəbulu zamanı Azərbaycan hökuməti və ARDNF ilə sıx əlaqədə olur”, - deyə agentliyin məlumatında bildirilir.
“Fitch” qeyd edir ki, SOCAR “Cənub Qaz Dəhlizi”nə daxil olan layihələrdə fəal iştirak edir.
Məlumatda vurğulanır ki, 2016-2019-cu illərdə SOCAR-ın ümumi əsas xərcləri 10 mlrd. manat təşkil edəcək.
Agentlik reytinqin proqnozunun “stabil”ə dəyişməsinə səbəb olacaq amillər arasında aşağıdakıları qeyd edib: büdcə mövqeyinin yaxşılaşması, enerji ehtiyatları qiymətlərinin sabit artımı, idarəçilik və biznes mühitin təkmilləşdirilməsi, iqtisadiyyatın şaxələndirilməsi istiqamətində ölkədə irəliləyiş.
“Fitch” SOCAR-ın likvidliyini adekvat hesab edir. Beynəlxalq Maliyyə HesabatıStandartlarının (BMHS) məlumatına əsasən, ARDNŞ 30 iyun 2016-cı il tarixinə 3,8 mlrd. manat məbləğində pul vəsaitinə malik olub. Bunun 63%-i banklarda dollarla hesablarda yerləşdirlib. Agentliyin qiymətləndirmələrinə görə, bu vəsait qeyd olunan tarixə 3,4 mlrd. manat məbləğində qısamüddətli borcun ödənilməsi üçün kifayətdir. **
A.Əzizov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank “Summer Challenge 2024” təcrübə proqramını elan edir
AccessBank İsveçrənin responsAbility Investment AG şirkətindən $5 mln kredit cəlb edib
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət