Azərbaycanda Gürcüstanla sərhəddə gömrük terminal kompleksinin tikintisinə başlanıldı. Bu barədə BMT-nin Bakı ofisindən məlumat verilib.
Tikinti işləri “Azərbaycan və Gürcüstan arasında Qırmızı Körpu Sərhəd Keçid Məntəqəsinin İnkişafına Dəstək” adlı layihə çərçivəsində həyata keçirilir.
“Çərşənbə günü Tovuz rayonunda gömrük terminal kompleksinin təməlqoyma mərasimi keçirilib. Bu kompleks idxal və ixrac olunan malların gömrük yoxlanışı və əməliyyatlarının müvafiq logistika və infrastruktur dəstəyini göstərməklə Azərbaycan-Gürcüstan sərhəddində logistik mərkəz kimi böyük rol oynayacaq”, - deyə məlumatda deyilir.
Bundan başqa, layihə çərçivəsində Gürcüstan ərazisində sanitar və fitosanitar laboratoriya yaradılacaq. Hər iki ölkədə qeyd olunan layihələrin reallaşdırılması ilə Avropa İttifaqının maliyyə dəstəyi ilə BMT İnkişaf Proqramı(BMTİP) məşğul olur.
"Avropa İttifaqı bu layihəyə 2,128 mln. avro məbləğində maliyyə dəstəyi göstərib. Layihə Azərbaycan və Gürcüstan Hökumətlərinə sərhədlərinin qorunması və iki ölkə arasındakı əsas sərhəd keçid məntəqəsi olan Qırmızı Körpü Sərhəd Keçid Məntəsində insan və malların qanuni daşınması və keçməsi prosesini asanlaşdırmasına yardım edəcək. Bu layihə regionda ticarətin gücləndirilməsi və Azərbaycan iqtisadiyyatının şaxələnməsinin dəstəklənməsi kimi Avropa İttifaqı məqsədlərinin bir hissəsidir", - deyə Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin rəhbəri, səfir Malena Mard bildirib.
Layihə çərçivəsində gömrük terminal kompleksində ticarətin gücləndirilməsi bölməsi tikiləcək. Bununla, Qırmızı Körpünün Azərbaycan tərəfində yol hərəkəti və malların aidiyyəti qurumlar tərəfində səmərəli yoxlanışı təmin ediləcək. **
N.Abbasova
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank-da qanvermə aksiyası keçirildi
BANM-in iki əməkdaşının tədqiqatı AMEA-nın mühüm nəticələr siyahısında yer alıb
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət