Bakı-Sumqayıt yolunda mikroavtobusun iştirakı ilə baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində ölənlərin sayı 5 nəfərə çatıb, 19 nəfər xəsarət alıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Səhiyyə Nazirliyinin mətbuat xidmətinin nümayəndəsi Səfayə Əhmədova məlumat verib.
“Onlardan 3-ü hadisə yerində, 1-i xəstəxanaya aparılarkən, 1-i isə xəstəxanada dünyasını dəyişib”, - deyə o bildirib.
S.Əhmədovanın sözlərinə görə, xəsarət alan 19 nəfərdən 2-si Bakıda xəstəxanaya yerləşdirilib. "Onların vəziyyəti ağırdır. Hazırda onlardan biri üzərində əməliyyat aparılır", - deyə mətbuat xidmətinin nümayəndəsi əlavə edib.
O qeyd edib ki, qalan 17 nəfər Sumqayıt şəhər Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdirilib. Yaralılardan 6 nəfər neyrocərrahiyə, 3 nəfər travmatologiya, 3 nəfər cərrahiyə, 2 nəfər reanimasiya şöbəsində müalicə olunur. Daha 2 nəfərə ambulator yardım göstərildikdən sonraevə buraxılıb.
İlkin məlumata görə, qəza mikroavtobusun yola çıxan piyadanı vurmamaq üçün manevr edərkən yolun kənarında dayanmış yük avtomobilinə çırpılması nəticəsində baş verib.*
F.İsazadə
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank “Summer Challenge 2024” təcrübə proqramını elan edir
AccessBank İsveçrənin responsAbility Investment AG şirkətindən $5 mln kredit cəlb edib
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət