Norveçin “Statoil” şirkəti Azərbaycanın “Qarabağ”, “Əşrəfi”, “Dan Ulduzu” yataqlarının kəşfiyyatı və işlənməsi ilə bağlı tədqiqatlarının yekunlarına dair hesabatı Energetika Nazirliyinə təqdim edib. Bu barədə nazirliyin məlumatında deyilir.
Energetika naziri Natiq Əliyev şirkət nümayəndələri ilə görüşdə qeyd edib ki, hazırda neft-qaz yataqlarının işlənməsində iri layihələr həyata keçirilir və “Qarabağ”, “Əşrəfi”, “Dan Ulduzu” yataqlarının işlənməsi bu istiqamətdə növbəti mərhələni təşkil edə bilər. “SOCAR ilə “Statoil” arasında bu yataqların işlənməsi üzrə proseslərin intensivləşməsi aktuallıq kəsb etməklə yanaşı, məqsədə tam uyğundur”, - deyə o vurğulayıb.
“Statoil”un Azərbaycan üzrə meneceri Karsten Stoltenberq isə şirkətin “Şahdəniz” layihəsini tərk etsə də, “Azəri-Çıraq-Günəşli”, digər layihələrdə SOCAR-ın əsas tərəfdaşlarından biri olaraq qaldığını və “Qarabağ”, “Əşrəfi”, “Dan Ulduzu” yataqları üzrə uzunmüddətli əməkdaşlıq imkanlarının olduğunu diqqətə çatdırıb.
O, 2012-ci ildə təmsil etdiyi şirkətin “Qarabağ”, “Əşrəfi”, “Dan Ulduzu” yataqlarının kəşfiyyatı ilə bağlı işlərə başladığını, 2014-cü ildə isə SOCAR-la müqavilə imzaladığını xatırladaraq, yeni texnologiyaların tətbiqi nəticəsində 90-cı illərin sonunda aparılmış tədqiqatlarla müqayisədə əhəmiyyətli nəticələr əldə edildiyini bildirib.
“Qarabağ”, “Əşrəfi”, “Dan Ulduzu” yataqlarının kəşfiyyatı və işlənməsi ilə bağlı tədqiqatların təqdimatı zamanı sahədə quyuların qazıldığı, 3D seysmik kəşfiyyat işləri aparıldığı, çıxarıla bilən və yerində olan neft-qaz ehtiyatlarının ilkin göstəricilərdən daha çox aşkarlandığı barədə məlumatlar diqqətə çatdırılıb. Bununla yanaşı qeyd edilib ki, “Aypara” perspektiv strukturu da tədqiqata cəlb edilib və neft-qaz ehtiyatları hesablanıb.
N.Əliyev isə deyib ki, Azərbaycanın yaratdığı infrastrukturun uzunmüddətli işləkliyinin təmin edilməsi üçün yeni resurslara ehtiyac var və belə hesablama və tədqiqatlar imkanların qiymətləndirilməsi üçün son dərəcədə vacibdir. Nazir “Statoil”u işləri sürətləndirərək danışıqlar mərhələsindən saziş mərhələsinə keçirməyə çağırıb.*
N.Abbasova
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
NeoKart sahibləri keşbek faizini özləri təyin edə biləcək!
Yelo Bank-ın dəstəyi ilə "Lider, yoxsa rəhbər" mövsuzunda top forum keçirilib
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət