Azərbaycan regionda nəqliyyat qovşağının yaradılmasını qarşısına məqsəd qoyub. Bu barədə prezident İlham Əliyev bəyan edib.
Azərbaycan prezidenti İlham Əliyev Parisdə Fransa Şirkətlər Hərəkatının (MEDEF) biznes şurasının üzvləri ilə görüşüb.
“Bizim diqqət yetirdiyimiz başqa bir strateji istiqamət Azərbaycanda nəqliyyat qovşağının yaradılmasıdır. Bizim coğrafi mövqeyimiz əlverişlidir. Biz Asiya ilə Avropanın arasında yerləşirik və artıq sahib olduğumuz müasir nəqliyyat infrastrukturu ilə böyük maraq cəlb edirik”, - deyə prezident görüşdə bildirib.
O qeyd edib ki, bu gün Azərbaycanda hər növ təyyarə, o cümlədən ən böyük yük təyyarələri qəbul edə bilən 6 beynəlxalq hava limanı var. Prezident vurğulayıb ki, ölkə artıq region üçün hava nəqliyyatı ilə yükdaşımalar qovşağına çevrilib.
“Bizim bütün qonşu ölkələrlə dəmir yolu əlaqələrimiz var. Azərbaycanın Gürcüstan vasitəsilə Türkiyə ilə dəmir yolu əlaqəsi bu il yaradılacaq. Bu, Xəzər dənizi, Azərbaycan vasitəsilə Çindən Avropaya dəhliz açır. Bu, yüklərin daşınması vaxtını iki dəfə azaldır”, - deyə İ.Əliyev bildirib.
Prezident vurğulayıb ki, ötən il həmçinin Hindistandan Pakistan, Fars körfəzi, İran, Azərbaycan, Rusiya, Şimali Avropaya uzanan Cənub-Şimal nəqliyyat dəhlizinin yaradılmasına çoxlu investisiya yatırmaqla, “bizi İranla birləşdirən dəmir yolu xəttinin çatışmayan hissəsini tamamlamışıq”. “Beləliklə, bu dəhlizin çatışmayan hissəsi tikilən kimi biz Hindistandan Şimali Avropaya yüklərin indiki 40-45 gün əvəzinə 14 günə daşınmasına imkan verən yeni marşrut açacağıq”, - deyə İ.Əliyev bəyan edib.
Dövlət başçısı bildirib ki, Şimaldan Cənuba, Şərqdən Qərbə olan bu dəhlizlərin hər ikisi təkcə coğrafi mövqe sayəsində deyil, həm də siyasət sayəsində Azərbaycan ərazisindən keçir. “İnfrastruktursuz coğrafiya çox da böyük məna kəsb etmir. Hazırda biz Xəzərdə yükaşırma qabiliyyəti 25 milyon ton olan ən böyük dəniz limanını tikirik. Birinci mərhələ bu il tamamlanacaq”, - deyə prezident əlavə edib.
O həmçinin vurğulayıb ki, rəsmi Bakı bütün qonşularla, Şimal, Cənub, Qərb və Xəzər dənizindən o yana Şərq qonşularımızla əla siyasi və iqtisadi əlaqələrə malikdir. “Bu, həmçinin regionun sabitliyi üçün vacibdir. Daxildə sabitlik, daxildə inkişaf və sərhədlərimizdən kənarda proqnozlaşdırılabilən vəziyyət, qonşularla yaxşı əlaqələr - bütün bunlar artıq baş verir. Bu, reallıqdır”, - deyə İ.Əliyev bildirib. **
F.İsazadə
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Dünyanın ən məşhur idman və əyləncə kanalları indi “CityNet”də!
Azər Türk Bank daha bir filialını istifadəyə verdi
AccessBank Masallıda filialının açılması ilə regional şəbəkəsini genişləndirir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət