“BP-Azerbaijan” şirkəti “Şahdəniz” layihəsinin “Mərhələ 2” çərçivəsində ikinci dayaq blokunu dənizə yola saldı. Bu braədə şirkətdən məlumat verilib.
Xəbər verildiyi kimi, platformalarının birinci dayaq bloku 1 sentyabr 2016-cı ildə dənizə yola salınıb.
“Yaşayış Blokları və Texnoloji Təchizat (YBTT) platformasının dayaq bloku qrafiki qabaqlayaraq 15 mart tarixində Heydər Əliyev adına Bakı Dərin Özüllər Zavodundan (BDÖZ) Xəzər dənizindəki Şahdəniz müqavilə sahəsinə yola salınıb. Dayaq blokunun tikintisi qrafiki qabaqlayaraq 20 fevral 2017-ci il tarixində tamamlanıb”, - deyə məlumatda deyilir.
“BP-Azerbaijan”-nın məlumatına görə, dayaq bloku konstruksiyasının daşınması, suya endirilməsi, yerləşdirilməsi, payaların üzərinə quraşdırılması və yekun tamamlanma işlərinin hava şəraitindən asılı olaraq təxminən 75 gün davam edəcəyi gözlənilir.
İkinci dayaq blokunun çəkisi təxminən 12084 ton, hündürlüyü isə 105 metrdir. Dayaq blokunun 31 J-formalı borusu, 7 xidməti kessonu və 3 J-formalı boru kessonu var. Dayaq bloku suyun 95 metr dərinliyində quraşdırılacaq. Dayaq bloku 22 aylıq müddətdə BOS Shelf, Star Gulf və Saipem konsorsiumu tərəfindən inşa edilib. Tikinti işlərinə subpodratçılar və ixtisaslaşmış təchizatçılar daxil olmaqla 2000 nəfər işçi cəlb edilib. Bu işçi qüvvəsinin təxminən 90%-i Azərbaycan vətəndaşları olub.
Məlumatda BP-nin “Şahdəniz 2” layihələri üzrə vitse-prezidenti Yuan Dramonda istinadən deyilir ki, 2017-ci il həm BP üçün, həm də artıq təxminən 90%-i tamamlanmış olan “Şahdəniz 2” layihəsi üçün əhəmiyyətli bir ildir. “Biz bu il layihə üzrə bir sıra mühüm işlərin tamamlanmasını planlaşdırırıq”, - deyə o qeyd edib. **
N.Abbasova
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Dünyanın ən məşhur idman və əyləncə kanalları indi “CityNet”də!
Azər Türk Bank daha bir filialını istifadəyə verdi
AccessBank Masallıda filialının açılması ilə regional şəbəkəsini genişləndirir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət