Bakı və Yerevan arasında razılığın əldə olunacağı təqdirdə Moskva digər vasitəçilərlə birgə Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasının təminatçılarından biri olmağa hazırdır. Bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov deyib.
"Rusiya cəlb olunmuş bütün tərəfləri qane edəcək həll variantını dəstəkləməyə, razılaşmanın əldə olunacağı halda isə digər vasitəçilərlə birgə nizamlanmanın təminatçısı qismində çıxış etməyə hazırdır", - deyə S.Lavrovun “Bakinskiy raboçiy” qəzetində dərc edilmiş məqaləsində bildirilir.
Nazir qeyd edib ki, “vasitəçilərin səyləri sayəsində tərəflər bir çox mübahisəli məqamlarla bağlı mövqeləri əhəmiyyətli dərəcədə yaxınlaşdıra biliblər”.
"Əsasən münaqişənin nizamlanmasının baza prinsipləri razılaşdırılıb. Lakin Azərbaycan və Ermənistan onların həyata keçirilmə ardıcıllığını fərqli şəkildə görür", - deyə S.Lavrov əlavə edib və Bakı ilə Yerevanı “siyasi iradə və qarşılıqlı güzəştlərə hazırlıq” nümayiş etdirməyə çağırıb.
O vurğulayıb ki, münaqişə zonasında gərginliyin ümumi qaydada azaldılması və onun güc yolu ilə həlli metodlarından imtina edilməsi “münaqişənin həlli prosesinin irəliləməsinin vacib şərti olaraq qalır.*
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank “Summer Challenge 2024” təcrübə proqramını elan edir
AccessBank İsveçrənin responsAbility Investment AG şirkətindən $5 mln kredit cəlb edib
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət