Kiyevin meri Vitali Kliçko idman və mədəniyyət tədbirlərinin təşkilində Bakının təcrübəsinin öyərnilməsində maraqlı olduğunu qeyd edir.
“Azərbaycan prezienti İlham Əliyevlə görüşdə Kiyev və Bakı arasında əlaqələrin inkişafı məsələrini müzakirə etdik. Bu münasibətlərinn daha sıx olması çox vacibdir. Söhbət biznes, mədəniyyət və idman sahələrində əlaqələrdən gedir”, - deyə V.Kliçko Bakıda jurnalistlərə bildirib.
Onun sözlərinə görə, Bakı bir neçə il öncə “Eurovision” mahnı müsabiqəsini yüksək səviyyədə keçirdi. “Bir neçə həftə sonra bu müsabiqəyə Kiyevdə start veriləcək. Azərbaycanın bu istiqamətdə təcrübəsini öyrənmək maraqlı olardı”, - deyə o qeyd edib.
V.Kliçko vurğulayıb ki, bu müsabiqənin auditoriyası 200 mln. nəfəri ötür. “Çox sayda insan, turistlər gəlir. Şəhərin, ölkənin təqdimatının media effektini dəyərləndirmək mümkün deyil. Bu mənada Bakıdan öyrənə biləcəyimiz çox şey var, əldə olunan müsbət təcrübədən bəhrələnə bilərik. Bu, Bakıda keçirilən digər tədbirlərə də aiddir”, - deyə o əlavə edib.
V.Kliçko bildirib ki, Kiyevin meri postunda əsas vəzifəsi çox sayda müxtəlif tədbirlər keçirməkdən ibarətdir.
Mer həmçinin aprelin 10-da Bakıda start verilən və bir ay davam edəcək Şopinq Festivalın müsbət təsirini vurğulayıb. “Bu Festival insanlara dünyanı daha geniş tədqiq etməyə imkan yaradacaq. Bu həm şəhərin inkişafı, həm turizm potensialının inkişafına təkan verəcək və bura səfər edənlər üçün vizit kartına çevriləcək”, - deyə o əlavə edib. **
F.İsazadə
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Bakcell Fəvvarələr Meydanında yeni innovativ mağazasını təqdim etdi!
Yelo Bank “Summer Challenge 2024” təcrübə proqramını elan edir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət