“AccessBank” yeni şərtlərə uyğunlaşdırılmış biznes strategiyanı tətbiq edəcək. Bu barəd\ə bankdan məlumat verilib.
“Bu gün informasiya texnologiyaları sürətlə inkişaf edir. Onların hər sahədə geniş istifadəsi və inkişafı yeni tendensiyalar yaradır və bazar şərtlərini dəyişdirir, bu isə, ölkənin kommersiya banklarından yeni yanaşmanı və biznes-modellərin hazırki vəziyyətə uyğunlaşdırılmasını tələb edir. “AccessBank” yeni tendensiyaları nəzərə alaraq bugünkü reallıqlara uyğunlaşmaq üçün bir sıra tədbirlər görüb”, - deyə məlumatda deyilir.
Xüsusilə, bank beynəlxalq məsləhətçilərlə birlikdə öz fəaliyyətinin müxtəlif istiqamətlərini ətraflı şəkildə təhlil edərək yeni şərtlərə uyğunlaşdırılmış biznes strategiyanı tətbiq etməyi qərara alıb.
“Bu strategiya biznes modelinin təkmilləşdirilməsini və distant xidmət kanallarının inkişaf etdirilməsini nəzərdə tutur - bu isə, öz növbəsində, göstərilən xidmətlərin keyfiyyətini və sürətini daha da artıracaq”, - deyə məlumatda qeyd olunur.
Yeni biznes modelinə uyğun olaraq bank rəqəmsal bankçılığı inkişaf etdirərək daha aktiv tətbiq edəcək. “Bank tərəfindən aparılan müştəri davranışının təhlili göstərdi ki, myAccess onlayn bankinq xidmətinin istifadəçiləri əhəmiyyətli dərəcədə artıb. Onlayn bankçılığın populyarlığının artması və qanunvericilikdə baş verən son dəyişikliklər nəticəsində nağdsız ödənişlərin sayı artır. Müştərilərin əksər hissəsi bank əməliyyatlarını filiallara gəlmədən həyata keçirirlər. Bank bu amilləri nəzərə alaraq öz filial şəbəkəsində bəzi təkmilləşdirici prosesləri həyata keçirir, ərazi cəhətdən bir-birinə yaxın olan filialları birləşdirərək onları iri regional xidmət və satış mərkəzlərinə çevirir”, - deyə məlumatda vurğulanır.
Müştərilərin tələbatlarını və hal-hazırda yalnız pərakəndə xidmətlər göstərən bəzi filialların əməliyyat zonalarının potensialını nəzərə alaraq, onların tam çeşidli bank xidmətləri göstərən xidmət mərkəzlərinə çevrilməsi planlaşdırılır. Həmçinin, korporativ bankçılığı fəal şəkildə inkişaf etdirmək məqsədi ilə Bank korporativ müştərilərə xidmət göstərilməsi sahəsində ixtisaslaşan filiallar yaratmaq niyyətindədir.
“Bütövlükdə, yeni təkmilləşdirilmiş biznes modeli “AccessBank”a öz əməliyyat effektivliyini artırmağa və ölkənin ən əlverişli, etibarlı və maliyyə cəhətdən sabit banklarından biri kimi öz mövqeyini daha da möhkəmləndirməyə kömək edəcək”, - deyə məlumatda bildirilir. **
A.Əzizov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Dünyanın ən məşhur idman və əyləncə kanalları indi “CityNet”də!
Azər Türk Bank daha bir filialını istifadəyə verdi
AccessBank Masallıda filialının açılması ilə regional şəbəkəsini genişləndirir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət