Dünya Bankı 2017-ci ildə Azərbaycanda orta illik inflyasiyanın 5%-dək azalacağını gözləyir. Bu barədə bankın yenilənmiş "Azerbaijan Partnership Program Snapshot" hesabatında deyilir.
2016-cı ilin yekunları üzrə Azərbaycanda orta illik inflyasiya 12,6% təşkil edib.
“Bazarda məhdud likvidliklə əlaqədar inflyasiya azalacaq və illik 5% səviyyəsində olacaq”, - deyə hesabatda qeyd olunur.
Neftin qiymətinin gözlənilən bərpasına baxmayaraq, 2017-ci ildə yəqin ki, Azərbaycan iqtisadiyyatını daha bir il resessiya dövrü gözləyir.
“Buna səbəb neft hasitaında artımın gözlənilməməsi, qeyri-neft sektoruna dövlət tərəfindən xərclərin azalması və bank sektorunda ağır vəziyətin təsirinin davam etməsidir. Qeyri-neft sektorunun artımı zəif olaraq qalacaq, çünki dövlət makroiqtisadi sabitliyin təminatı məqsədilə fiskal və monetar siyasətdə sərt mövqeyi qorumaq niyyətindədir. Bu zaman büdcə xərclərinə təkrar baxılma nəticəsində 2017-2019-cu illərdə fiskal mövqeyin nəzərə çarpacaq dərəcədə yaxşılaşması gözlənilir”, - deyə hesabatda vurğulanır.
DB ölkədə yoxsulluğun səviyyəsinin mühüm dərcəədə azalması məqsədilə cari şəraiti əlverişli hesab edir.
“Baxmayaraq ki, sosial xərcləri azaltmaq cəhdləri əhalinin yoxsul təbəqələrinin həyatını asanlaşdırmalıdır, özəl sektorun məhdud dərəcədə artımı buna mənfi təsir göstərə bilər. İqtisadi artım və yoxsulluğun azalması üçün risklər yüksək olaraq qalır”, - deyə hesabatda qeyd edilir.
Bankın analitikləri qeyd edirlər ki, dövlət üçün təcili çağırış - planlaşdırılan büdcə konsolidasiyasının iqtisadi artım və sosialyönümlü xərclərə təsirinin azalmasıdır.
“Digər qarşıdakı çağırış - əhali və investorların etimadını bərpa etməkdən ibarətdir, bu da bank sektorunun sağlamlaşdırılması, biznes mühitin yaxşılaşdırılması üzrə cəsarətli islahatlar tələb edir”, - deyə hesabatda deyilir.
Azərbaycan hökuməti 2017-ci ildə ÜDM-in 1%, orta illik inflyasiyanın 7,3% səviyyəsində artımını proqnozlaşdırır.
2016-cı ildə Azərbaycanda ÜDM-in azalması 3,8% təşkil edib. **
A.Axundov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
NeoKart sahibləri keşbek faizini özləri təyin edə biləcək!
Yelo Bank-ın dəstəyi ilə "Lider, yoxsa rəhbər" mövsuzunda top forum keçirilib
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət