Ötən il Azərbaycanda neft sektorunda orta aylıq nominal əmək haqqı qeyri-neft sektorunda əmək haqlarından 6 dəfə üstələyib.
“2016-cı ildə orta aylıq əmək haqqı 6,9% artaraq 498,6 manat təşkil edib.Bununla belə, orta aylıq əmək haqqı neft sektorunda 2,805 min manat, qeyri-neft sektorunda 444 manat olub”, - deyə əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini İdris İsayev Beynəlxalq Əmək Təşkilatının 2016-2017-ci illər üçün Qlobal Əmək Haqqı hesabatının təqdimatında bildirib.
Onun sözlərinə görə, dövlət müəssisələrində çalışan işçilərin əmək haqları 375 manat, özəl müəssisələrdə çalışan işçilərin əmək haqları isə 674 manat təşkil edib.
İ.İsayev 2016-cı ildə iqtisadiyyatın müxtəlif sahələrində işçilərin orta aylıq əmək haqqının artdığını qeyd edib.
“2015-ci illə müqayisədə 2016-cı ildə işçilərin orta aylıq əmək haqqının sənayedə 14,9% artaraq 900 manata, inşaat sektorunda 18,6% artaraq 814 manata, kənd təsərrüfatı müəssisə və təşkilatlarında 4% faiz artaraq 256,6 manata çatıb”, - deyə nazir müavini vurğulayıb.
O qeyd edib ki, bəzi hallarda əmək haqqının artımını bu sektorun səmərəliliyini yüksəltmədən, iş yerlərinin optimallaşdırmasını aparmadan mümkün deyil. “Deyərdim ki, büdcə sektorunda səmərəliliyin artırılması və iş yerlərinin optimallaşdırması proseslərinə artıq başlanılmışdır. Ali təhsil müəssisələrinin maliyyələşmə mexanizminin dəyişdirilməsi və tibbi sığorta sisteminin tətbiqinə başlanılması bu qəbildən olan addımlardır”, - deyə nazir müavini vurğulayıb.
İ.İsayev diqqətə çatdırıb ki, iqtisadi artımla əmək haqqının artımı arasında birbaşa əlaqə var. “ Ölkədə ÜDM-nin artım tempi (10 il ərzində 3,2 dəfə) əmək haqqının artım tempi (3,3 dəfə) ilə, demək olar ki, üst-üstə düşür. Bu sahədə ən mühüm məsələ qeyri-rəsmi məşğulluğun aradan qaldırılması və qeyri-formal əmək ödənişlərinin rəsmiləşdirilməsidir”, - deyə o bildirib. **
R.Babayev
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Azər Türk Bankda sərfəli kredit kampaniyası davam edir
TuranBank Habib American Bank-da ABŞ dollarında müxbir hesab açıb
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət