Türkiyənin İzmir şəhərində Xocalı soyqırımı qurbanlarının xatirəsinə abidə ucaldılacaq. Bu barədə Bu barədə Diasporla İş üzrə Dövlət Komitəsindən məlumat verilib.
“İzmir şəhərində fəaliyyət göstərən Azərbaycan Türkləri və Dost Dərnəkləri Federasiyasının sədri İsa Ambarcı və İdarə heyətinin üzvləri İzmir Bayraqlı Bələdiyyəsinin sədri Hasan Karabağla görüşü zamanı Xocalı faciəsi qurbanlarının xatirəsinə abidə ucaldılması ilə qərar qəbul edilib”, - deyə məlumatda deyilir.
Görüşdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, eləcə də Xocalı soyqırımı ilə bağlı həqiqətlərin Türkiyə, o cümlədən dünya ictimaiyyətinə çatdırılması, soyqırıma məruz qalmış soydaşlarımızın xatirəsinin əbədiləşdirilməsi istiqamətində fikir mübadiləsi aparılıb.
H.Karabağ rəhbərlik etdiyi bələdiyyə ərazisində Xocalı faciəsi qurbanlarının xatirəsinə abidə ucaldılması ilə bağlı təşəbbüslərin bəyənildiyini bildirib.
“O qeyd edib ki, bu təklif yaxın vaxtlarda Bayraqlı Bələdiyyə Məclisinə təqdim ediləcək və 2018-ci ildə Xocalı soyqırımının iyirmi altıncı ildönümü ilə bağlı tədbirlər planına salınacaq”, - deyə məlumatda vurğulanır. **
R.Babayev
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət