Ədliyyə Nazirliyi 2016-cı ildə birinci instansiya məhkəmələrində baxılmış inzibati xətalara dair işlərin azaldığını qeyd edir.
“2016-cı ildə birinci instansiya məhkəmələrində inzibati xətalara dair 37,49 min işə baxılıb ki, bu da2015-ci ilin göstəricisindən 13,6% azdır”, - deyə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Statistika Komitəsindən məlumat verilib.
Məlumata əsasən, onların 55,6%-i idarəçilik qaydaları, 10,7%-i ictimai qayda, ictimai təhlükəsizlik və ictimai mənəviyyat, 10%-i yol hərəkəti qaydaları,7,8%-i sağlamlıq, 2,1%-i gömrük qaydaları, 1,2%-i iqtisadi fəaliyyət qaydaları, 0,9%-i ticarət qaydaları, 0,7%-i mülkiyyət əleyhinə olan, 1%-i narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə əlaqədar, 10%-i isə digər inzibati xətalarla bağlı olub.
Baxılmış işlərin 65,7%-i üzrə inzibati məsuliyyət tədbiri tətbiq edilib, 21,6%-nin icraatına xitam verilib, 12,3%-i üzrə inzibati xəta törətmiş şəxslərin materialları əlavə yoxlanış üçün qaytarılıb.
İnzibati məsuliyyət tədbiri tədbiq edilməsi haqqında qərarlara əsasən 24,649 min nəfər (2015-ci illə müqayisədə 24,9% azdır) inzibati məsuliyyətə cəlb edilmiş və onların 35,1%-nə inzibati cərimə, 33,1%-nə inzibati həbs, 24,2%-nə fiziki şəxsə verilmiş xüsusi hüququn məhdudlaşdırılması, 3,3%-nə xəbərdarlıq, 1,2%-nə ictimai işlər, 3,1%-nə isə digər tənbeh növləri tətbiq edilib. **
R.Babayev
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Bakcell Fəvvarələr Meydanında yeni innovativ mağazasını təqdim etdi!
Yelo Bank “Summer Challenge 2024” təcrübə proqramını elan edir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət