Mayın 12-dən 22-dək Bakıda keçiriləcək IVİslamHəmrəyliyiOyunları nəinki müsəlman dünyasının birləşməsi, həm də müsəlman dövlətləri arasında əlaqə və əməkdaşlığın möhkəmlənməsinə xidmət edir. Bu barədə gənclər və idman naziri Azad Rəhimov bəyan edib.
“IVİslamHəmrəyliyiOyunları yalnız müsəlman idmançıları arasında ən güclülərin müəyyən edilməsi deyil, həm də islam dövlətləri arasında həmrəylik və əməkdaşlığın möhkəmlənməsinə xidmət edir”, - deyə A.Rəhimov bu gün “Gücümüz həmrəylikdədir” mövzusunda konfransda bildirib.
Nazir mayn 12-də Bakıda start veriləcək İslamiadanın “ən yüksək səviyyədə keçiriləcəyinə” əminlik ifadə edib.
“10 gündən sonra Azərbaycan IVİslamHəmrəyliyiOyunlarına ev sahibliyi edəcək. Keçiriləcək Oyunlar beynəlxalq idmanın inkişafına yardım edəcək. Bu əlamətdar hadisə bütün beynəlxalq idman ictimaiyyətinin diqqətini özünə cəlb edəcək”, - deyə o qeyd edib.
“Azərbaycan dünyada mədəni və idman mərkəzləri sırasına daxildir və islam həmrəyliyinin mərkəzidir. Bakı islam həmrəyliyinin möhkəmlənməsinə böyük önəm verir”, - deyə nazir vurğulayıb.
Azərbaycanda təşkil olunacaq Oyunlarda bütün 57 müsəlman ölkənin nümayəndələri iştirak edəcək ki, bu da rekord göstəricidir. Hər birində 1 min nəfər olmaqla Bakıya gələcək 3 mindən artıq idmançını texniki və rəsmi nümayəndə heyəti müşayiət edəcək.
Nazir bütün 17 idman obyektinin Oyunlara hazır olduğunu bildirib.
“Mayın 1-dən etibarən idman nümayəndə heyətlərinin Atletlər kəndində yerləşdirilməsinə başlanacaq. 500 mindən artıq bilet satışa çıxarılıb”, - deyə A.Rəhimov bəyan edib.
Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə islam mədəniyyəti və idman ənənələrinin möhkəmlənməsində İslamiadanın rolunu qeyd edib.
“IVİslamHəmrəyliyiOyunları böyük tarixi əhəmiyyət kəsb edir. Tarixən qədim və müasir Olimpiya Oyunları tərəqqiyə xidmət edib. İslamiada həmçinin islam dünyasının mədəniyyəti və həmrəyliyinə xidmət edəcək”, - deyə o vurğulayıb. **
R.Babayev
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank “Summer Challenge 2024” təcrübə proqramını elan edir
AccessBank İsveçrənin responsAbility Investment AG şirkətindən $5 mln kredit cəlb edib
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət