Avropa Yenidənqurma və İnkişaf Bankı 2017-ci ildə Azərbaycanda 0,5% səviyyəsində resessiya proqnozlaşdırır. Bu barədə bankın regional iqtisadiyyata haqqında may icmalında qeyd edilir (Regional Economic Prospects).
Ötən ilin noyabr ayında AYİB 2017-ci ildə Azərbaycanda ÜDM-in artımını 1% səviyyəsində proqnozlaşdırıb.
“Cari ilin birinci rübündə Azərbaycanda resessiya 0,9% təşkil edib. Bununla belə, qeyri-neft sektorunda 2,4% səviyyəsində artım olub”, - deyə bankdan qeyd olunub.
AYİB-in qiymətləndirmələrinə görə, 2018-ci ildə Azərbaycanda ÜDM-in artımı 2,8% təşkil edəcək.
“Ötən il durğunluqdan sonra, Şərqi Avropa və Qafqazda bütövlükdə 2017-ci ildə artımın müsbət olacağı gözlənilir. Lakin, proqnozlara əsasən, həm Azərbaycan, həm Belarus resessiya vəziyyətində qalacaq. 2018-ci ildə regionda tədricən bərpa olunma planlaşdırılır”, - deyə bank bildirir.
AYİB vurğulayır ki, birinci rübdə Azərbaycanın milli valyutası bir barel neftin qiymətinin $50-55 səviyyəsində stabilləşməsi fonunda möhkəmlənib.
“Bu dövrdə Azərbaycanda iflyasiya illik hesabalamada 13,2%-dək artıb”, - deyə bankdan qeyd olunub.
Bankın analitiklərinin qiymətləndirmələrinə əsasən, 2017-ci ildə bank kreditləşməsi bu sektorda birləşmə, sərt monetar siyasət, manat likvidliyi ilə bağlı çətinliklər fonunda aşağı səviyyədə qalacaq.
Bununla belə, bildirilir ki, Azərbaycan kifayət qədər valyuta ehtiyatlarına malikdir. 2016-cı ilin sonuna onların həcmi $37,1 səviyyəsində qiymətləndirilir və təxminən ötən il ərzində nominal ÜDM-ə uyğundur.
AYİB həmçinin qeyd edib ki, Dağlıq Qarabağ münaqişəsi Azərbaycanda iqtisadi artım üçün risk mənbəyidir. **
A.Əzizov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Bakcell Fəvvarələr Meydanında yeni innovativ mağazasını təqdim etdi!
Yelo Bank “Summer Challenge 2024” təcrübə proqramını elan edir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət