Bakıda İslam Əməkdaşlıq Təşkilatının (İƏT) "Fəaliyyətdə həmrəylik” şüarı altında 2 gün davam edən və ötən gün işini başa çatdıran "İƏT Modeli Gənc Liderlər Zirvəsi”nin təntənəli bağlanış və mükafatlandırma mərasimi keçirilib.
10-12 may tarixlərində keçirilən sammitdə İƏT-in 35 üzv-ölkəsinin 70-ə yaxın universitetindən seşilmiş 100-ə yaxın gənc lider, beynəlxalq təşkilat rəhbərləri, İƏT-ə üzv ölkələrdən gəlmiş nüfuzlu elm xadimləri, BMT və İƏT yüksək nümayəndələri, dövlət nümayəndələri iştirak ediblərr.
Gənclər İslam ölkələrinin iqtisadi inteqrasiyası, islamofobiya və radikalizmə qarşı yaradıcı üsullarla mübarizə, münaqişə zonalarında insan haqları müdafiəsi mövzularını müzakirə ediblər.
Gənclər və idman naziri Azad Rəhimov sammitdə çıxışında qeyd edib ki, ölkə rəhbərliyi, xüsusilə prezident İlham Əliyev həm beynəlxalq, həm də milli səviyədə müsəlman gəcnlərinin intellektual inkişafına yönələn İƏT ilə əməkdaşlığa xüsusi önəm verir.
Nazir tədbir iştirakçılarına İƏT Gənclər Forumu ilə əməkdaşlıqda həyata keçirilən "İƏT Modeli-Azərbaycan” proqramının milli mərhələləri barədə məlumat verib. Onun sözlərinə görə, son illər ərzində bu proqramlarda 1 minə yaxın tələbə iştirak edib.
Bundan başqa, "İƏT Modeli” Gənc Liderlər Zirvəsinin təntənəli bağlanış mərasimində İƏT Baş Katibi Y.əl-Useyminin müraciəti oxunub. O qeyd edib ki, bu sammitin İslamiada ərəfəsində Bakıda keçirilməsi Azərbaycan rəhbərkliyinin İƏT çərçivəsində gənclərin həm fiziki, həm də intellektual inkişafına verdiyi əhəmiyyətin bariz nümunəsidir
Y.əl-Useymin həmçinin vurğulayıb ki, prezident İlham Əliyevin təşəbbüsü ilə yaradılmış İƏT Gənclər Forumuna ötən il İƏT-nin hökümətlərarası gənclik siyasəti üzrə Katibliyi funksiyası verilib. Baş katibin fikrincə, bu İslam ölkələri arasında gənclik sahəsində daha effektiv əməkdaşlıgın həyata keçirilməsi, gənc nəslin sağlam və geniş dünyagörüşə malik formada inkişafında mühüm rol oynayacaq.
İƏT Gənclər Forumunun sədri Elşad İskəndərov çıxışında dünyanın 70-dən artıq universitetində keçirilən "İƏT Modeli" oyunlarında onminlərlə gənc lider və gələcək diplomatların iştirak etdiyini və onun müasir intellektual hərəkata çevrildiyini qeyd etdi.
“Bakı Zirvəsi ərəfəsində bu hərəkatın nümayəndələri Azərbaycan Prezidenti İlham Əliyevin 2017-ci ilin "İslam Həmrəylik İli" elan edilməsi haqda təşəbbüsünə beynəlxalq ictimai dəstək olaraq, 2017-ci ildən etibarən İslam Dünyası Gənclik Gününün təsis edilməsi haqda təkliflə çıxış ediblər”, - deyə o qeyd edib.
Onun sözlərinə görə, ilk İƏT Gənclik Gününun "Fəaliyyətdə İslam Həmrəyliyi" şüarı altında bu ilin sentyabr ayının 3-də kecilrilməsi nəzərdə tutulur və bu barədə müvafiq qərar layihəsi 12 may tarixində Bakıda keciriləcək İƏT Gənclər Nazirləri Daimi Şurasının gündəliyinə daxil edilib.
Gənclər Zirvəsinin sessiyalarında iştirakçılar Xocalı faciəsinə qlobal miqyasda hüquqi-siyasi qiymət verilməsi, Rohinya münaqişəsi qurbanlarının insani haqlarının qorunması, İslamofobiyaya qarşı mübarizə məsələləri ilə bağlı müvafiq qətnamələr qəbul ediblər.
Bundan başqa, sessiyada beynəlxalq iştirakçılar tərəfindən Heydəır Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyenın təşəbbüskarı oduğu "Xocalıya Ədalət” kampaniyası, humanitar problemlərin sivilizasiyalararası dialoq aspektindən tanıtdırılması istiqamətində nümunəvi təşəbbüs kimi qiymətləndirilib.
Sammitin sonunda beynəlxalq münsiflər heyətinin qərarına əsasən, İndoneziyanı (1-ci yer), Fələstini (2-ci yer) və Kamerunu (3-cü yer) təmsil edən komandalar Beynəlxalq İƏT Modelin qalibləri elan olunub,
Azərbaycanı təmsil edən komanda isə xüsusi mükafatla təltif edilib.
İƏT Modeli Gənc Liderlər Zirvəsinin qəbul etdiyi Bakı Bəyannaməsində T İƏT ölkələrinin gələcək inkişafı, davam edən münaqişələrin həlli, müasir çağırışlara müsəlman ölkələrinin verəcəyi cavablar, radikalizm və ekstremizmin aradan qaldırılması yolları göstərilib, bu kontekstdə İslam ölkələrinin həmrəyliyinə inam qeyd olunub.
Bəyannamədə, eyni zamanda, Bakıda keçirilən IV İslam Həmrəyliyi Oyunları və bu Oyunlar ərəfəsində gənclik proqramı olaraq İƏT ölkələri Gənclik Zirvəsinin təşkili Azərbaycan dövləti və rəhbərliyi tərəfindən İslam ölkələrinin həqiqi həmrəyliyinə nail olmaq istiqamətində mühüm addım kimi qiymətləndirilib. **
F.İsazadə
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo kart sahibləri pulsuz köçürmələrin rahatlığını yaşayır
Yelo Bank-da qanvermə aksiyası keçirildi
BANM-in iki əməkdaşının tədqiqatı AMEA-nın mühüm nəticələr siyahısında yer alıb
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət