İqtisadiyyat Nazirliyi 2017-2020-ci illər üçün 10 strateji hədəfi müəyyən edib. Bu barədə "İnterfaks-Azərbaycan" agentliyinə nazirlikdən məlumat verilib.
"Nazirliyin 2017-2020-ci illər üçün strateji planında yer alan əsas missiya effektiv milli iqtisadiyyatın formalaşdırılmasından ibarətdir ki, bu da rəqabətə davamlılığın artırılmasını və qeyri-neft sektorunun davamlı inkişafını, qeyri-neft ixracına dəstəyi, əlverişli investisiya mühitinin yaradılmasını, sahibkarlığın inkişaf etdirilməsini nəzərdə tutur", - deyə məlumatda bildirilir.
İqtisadiyyat Nazirliyinin planda öz əksini tapan strateji hədəfləri bunlardır: makroiqtisadi tənzimləmə sisteminin təkmilləşdirilməsi; qeyri-neft sektorunun inkişafı; rəqabətə davamlı məhsulların ixracının stimullaşdırılması; iqtisadiyyatın prioritet sahələrinə investisiya qoyuluşlarının stimullaşdırılması; tranzit potensialının reallaşdırılması; inkişafa dair strateji yol xəritələrinin həyata keçirilməsi.
Bundan başqa, nazirliyin prioritetlərinə 2030-cu ilə qədər Azərbaycanın milli prioritetlərinin müəyyən edilməsi və sosial-ictimai sahələrdə dövlət proqramları və strategiyalarının BMT-nin dayanıqlı inkişaf məqsədlərinə uyğunluğunun təmin edilməsi üçün Milli Koordinasiya Şurasının katibliyinin işinin təşkili, insan kapitalı, institusional potensial və korporativ idarəetmənin gücləndirilməsi aiddir.*
A.Axundov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
TuranBank Habib American Bank-da ABŞ dollarında müxbir hesab açıb
Dünyanın ən məşhur idman və əyləncə kanalları indi “CityNet”də!
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət