Azərbaycan Beynəlxalq Bankının (ABB) İdarə Heyəti sədrinin birinci müavini Abbas İbrahimov yaxın günlərdə bankın kredit reytinqinə yenidən baxılacağını istisna etmir.
Mayın 23-də Londonda Azərbaycanın maliyyə naziri Samir Şərifovun və ABB rəhbərliyinin bankın əsas xarici kreditorları ilə ABB-nin $3,4 mlrd. məbləğində xarici borcunun restrukturizasiya planına həsr olunmuş görüşü keçirilib.
“Ola bilər ki, beynəlxalq reytinq agentlikləri bankın reytinqlərini müvəqqəti aşağı salsınlar. Bunun bu günlərdə baş verməsi ehtimal edilir.Amma bu, bankın vəziyyətinin pisləşməsinə dəlalət etmir. Bundan əvvəl də qeyd etdiyimiz kimi, belə bir yanaşma agentliklər tərəfindən tətbiq edilən ənənəvi qaydadır. Bu, restrukturizasiya prosesində agentliklərin standartlarını və normal praktikasını əks etdirir. Restrukturizasiya prosesi keçən bankın reytinqləri aralıq mərhələdə bir qayda olaraq müvəqqəti aşağı salınır. Proses bitdikdən sonra isə yüksəlir”, - deyə bankın saytında A.İbrahimova istinadən bildirilir.
Onun sözlərinə görə, restrukturizasiya prosesi ABB-nin maliyyə mövqeyini gücləndirəcək. "Azərbaycan dövləti hər zaman Azərbaycan Beynəlxalq Bankının yanındadır və banka dəstəyini davam etdirir. Öhdəliklərin restrukturizasiyası planının elan olunması da bu bankın gələcəyinə doğru çox mühüm addımdır. Bu, kreditorlarımıza bizimlə birgə çalışmaq, Azərbaycan Beynəlxalq Bankının uğurlarına, stabil inkişafına və dayanıqlılığına əmin olmaq üçün yol xəritəsi təqdim edir", - deyə A.İbrahimov hesab edir.
Sədr müavini əlavə edib ki, restruktirizasiya prosesində bank bütün əməliyyatları normal rejimdə davam etdirəcək.*
A.Əzizov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
TuranBank Habib American Bank-da ABŞ dollarında müxbir hesab açıb
Dünyanın ən məşhur idman və əyləncə kanalları indi “CityNet”də!
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət