2016-cı ilin yekunları üzrə Vahid Xəzinə hesabında qalıq vəsait 2 mlrd. 307,2 mln. manat təşkil edib. Bu barədə maliyyə nazirinin müavini Azər Bayramov bəyan edib.
“2016-cı ildə xərclərin azaldılması və gəlirlərin artımı 1 yanvar 2017-ci il tarixinə 2 mlrd. 307,2 mln. manat məbləğində sərbəst qalığı toplamağa imkan verib”, - deyə A.Bayramov bu gün Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında 2016-cı il dövlət büdcəsinin icrasına dair qanun layihəsinin müzakirəsi zamanı bildirib.
1 yanvar 2017-ci il tarixinə olan məlumata görə, Vahid Xəzinə hesabında sərbəst qalıq vəsait 1 mlrd. 433,9 mln. manat təşkil edib. Bura AMB-nin hesabnda yerləşdirilən 246 mln. 854,7 min manat, 47 mln. 127,2 min manat məbləğində valyuta hesabları üzrə qalıq və idarəolunma üçün verilən və yerləşdirilən 1 mlrd. 141 mln. 548,5 min manat daxildir.
“Ötən il Vahid Xəzinə hesabında qalığın artımına səbəb Asiya İnkişaf Bankından 881,1 mln. manat məbləğində institusional kredit daxilolmalarıdır”, - deyə “İnterfaks-Azərbaycan” agentliyinə hökumətdən bildiriblər.
Qeyd olunduğu kimi, 2017-ci ilin əvvəlinə qalıq vəsaitindən Maliyyə Nazirliyi $384 mln. 607 min və 10 mln. avro vəsaiti, həmçinin, $131 mln. 607 min vəsaiti “Kapital Bank” ASC-də, $176 mln. və 10 mln. avro vəsaiti “Azərbaycan Beynəlxalq Bank” ASC, $77 mln. vəsaiti Dövlət Neft Fondunda yerləşdirib. **
A.Axundov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank-ın dəstəyi ilə "Lider, yoxsa rəhbər" mövsuzunda top forum keçirilib
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət