Metsamor Atom Elektrik Stansiyası region üçün çox böyük təhlükədir. Bu sözləri Milli Məclis sədrinin birinci müavini Ziyafət Əsgərov bu gün Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Bakıda keçirilən Sosial məsələlər, sağlamlıq və dayanıqlı inkişaf komitəsinin iclasında çıxışı zamanı deyib.
«Bizim avropalı həmkarlarımız bəyan edirlər ki, Belarusda fəaliyyət göstərən atom elektrik stansiyası Avropa üçün təhlükədir. Amma onlar nədənsə Ermənistanda istifadə olunan köhnəlmiş Metsamor AES-dən yan keçirlər. AŞPA deputatları tərəfindən ikili standartların tətbiq edildiyi göz önündədir», - deyə o vurğulayıb.
Z.Əsgərovun sözlərinə görə, Metsamor AES region üçün çox böyük təhlükədir. “Metsamor AES Çernobıl texnologiyasına əsasən tikilib və əgər bu stansiyada kiçik bir qəza baş versə, bu, regionda dəhşətli faciəyə səbəb olacaq. Bundan əlavə, nəzərə almaq lazımdır ki, Ermənistan seysmik zonada yerləşir və baş verə biləcək güclü zəlzələ AES-də fəlakətlə nəticələnəcək”, - deyə birinci müavin qeyd edib.
O, həmçinin avropalı deputatları qaçqınlarla bağlı məsələyə ikili yanaşmada ittiham edib. «Bu gün Avropa ciddi miqrasiya problemi ilə üz-üzədir. Əslində isə söhbət miqrantlardan deyil, müharibələr səbəbindən evlərini məcburən tərk etmiş qaçqınlardan gedir. Avropa Suriya, İraq və Əfqanıstandan olan 1 milyon qaçqından özünə gələ bilmir, Azərbaycan isə 25 ildir 1 milyondan çox qaçqın və məcburi köçkünün sosial-məişət problemlərini həll edir. Ancaq avropalı deputatlar miqrant problemindən danışarkən azərbaycanlı qaçqınlarla bağlı məsələdən yan keçirlər», - deyə Z.Əsgərov əlavə edib.
Onun sözlərinə görə, ölkədə olan 1 milyondan artıq qaçqın və məcburi köçkünün 300 mini uşaqdır.*
R.Babayev
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank biznes sahibləri üçün Mobil POS xidmətini təqdim edir
AccessBank dollar əmanətləri üzrə faiz dərəcələrini artırdı
AccessBank regionlarda iştirakını möhkəmləndirir: Yeni filial artıq Qubada
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət