"İşsizlikdən sığorta haqqında" qanunun qəbul edilməsi məşğulluq məsələlərinin dövlət tərəfindən maliyyələşdirilməsini 3,5 dəfəyədək artırmağa imkan verəcək. Bunu əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov deyib.
"Azərbaycanda "İşsizlikdən sığorta haqqında" qanunun qəbul edilməsi məşğulluq məsələlərinin dövlət tərəfindən maliyyələşdirilməsini 3,5 dəfəyədək artırmağa imkan verəcək", - deyə o, bu gün Bakıda keçirilən “Avropa Sosial Xartiyası prizmasında Azərbaycanda sosial-iqtisadi hüquqların möhkəmləndirilməsi” adlı milli parlament seminarında bildirib.
Seminar AŞPA-nın Sosial Məsələlər, Sağlamlıq və Dayanıqlı İnkişaf Komitəsinin iclası çərçivəsində keçirilir.
Nazirin sözlərinə görə, bu il ölkədə məşğulluq məsələlərinə 30 milyon manata yaxın vəsaitin ayrılması nəzərdə tutulub.
"Bu il məşğulluğun təminatı məsələlərinə cüzi məbləğ - cəmi 27 milyon manat ayırılıb. Bundan başqa, ölkə prezidenti özünüməşğulluq probleminin həllinə Ehtiyat Fondundan 6 milyon manat məbləğində vəsaitin ayrılması barədə sərəncam verib. Bu gün parlamentdə "İşsizlikdən sığorta haqqında" qanun layihəsi müzakirə edilir. Bu qanun layihəsinin bu il qəbul olunacağı və 2018-ci il yanvarın 1-dən qüvvəyə minəcəyi gözlənilir. Bu halda gələn il məşğulluğun təminatına 90 milyon manat civarında vəsait ayrılacaq”, - deyə o qeyd edib.
S.Müslümov vurğulayıb ki, bu, işsizliyə görə müavinətin həcmini 3 dəfə artırmağa və əhalinin özünüməşğulluğunun təminatına dair proqramın səmərəli şəkildə reallaşdırılmasına imkan yaradacaq.*
R.Babayev
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Bakcell Fəvvarələr Meydanında yeni innovativ mağazasını təqdim etdi!
Yelo Bank “Summer Challenge 2024” təcrübə proqramını elan edir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət