Azərbaycan, Gürcüstan, və İran asrasında Poti/Batumi-Astara-Poti/Batumi marşrutu üzrə konteyner qatarının təşkil edilməsi məqsədilə İşçi Qrupu yaradılır. Bu barədə “Azərbaycan Dəmir Yolları” QSC-dən məlumat verilib.
Tbilisi şəhərində “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanov, “Gürcüstan Dəmir Yolu” SC-nin sədri Mamuka Baxtadze və İran Dəmir Yolunun baş direktoru Səid Məhəmmədzadə arasında üçtərəfli görüş keçirilib. Görüşdə yüklərin (konteyner daşımaları) Fars körfəzi regionundan və Hindistandan (Azərbaycan və Gürcüstandan keçməklə) Avropaya və əks istiqamətdə quru yolla daşımalarının təşkili məsələləri müzakirə olunub.
“Görüşün yekunlarına dair işlərin koordinasiya edilməsi üçün İşçi Qrupunun yaradılması, Poti/Batumi-Astara-Poti/Batumi(perspektivdə Qəzvin-Tehran/Bəndər-Abbas-Qəzvin) marşrutu üzrə konteyner qatarının təşkil edilməsi,marşrutun dəniz hissəsində yükdaşıma qiymətinin optimallaşdırılması üçün dəniz daşımaçılarıyla danışıqların təşkili qərara alınıb”, - deyə məlumatda deyilir.
Qeyd olunur ki, hazırda böyük həcmli yükFars körfəzi regionundan və Hindistandan Avropaya və əks istiqamətdə dəniz nəqliyyatı ilə daşınır və bu da 30-40 günə başa gəlir.Yüklərin Gürcüstan, Azərbaycan və İran üzərindən yönləndirilməsi daşınma vaxtının azaldılmasını təmin edəcəkdir. Bununla bərabər, marşrut üzrə rəqabətədavamlı tariflərin tətbiqi də vacib amillərdən biridir. **
N.Abbasova
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
NeoKart sahibləri keşbek faizini özləri təyin edə biləcək!
Yelo Bank-ın dəstəyi ilə "Lider, yoxsa rəhbər" mövsuzunda top forum keçirilib
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət