May ayında təkrar bazarda SOCAR istiqrazları ilə 3 milyon 819 min 552 dollarlıq əməliyyat aparılıb. Bu barədə şirkətin məlumatında deyilir.
“Cari ilin may ayında təkrar bazarda SOCAR istiqrazları ilə 3 milyon 819 min 552 dollarlıq əməliyyat aparılıb. SOCAR istiqrazları üzrə market meyker olan «PSG Kapital» şirkətinin məlumatına görə, bu dövrdə 3 799 istiqraz alınıb və satılıb. İstiqrazların 1 790 ədədi fiziki şəxs, 2 009 ədədi isə hüquqi şəxs tərəfindən alınıb. May ayında SOCAR istiqrazlarının satış qiyməti 4 dollar bahalaşaraq 1004 dollardan 1008 dollara yüksəlib”, - deyə məlumatda bildirilir.
Xatırladaq ki, Dövlət Neft Şirkətinın daxili bazar üçün nəzərdə tutulmuş SOCAR istiqrazları 2016-cı ilin sentyabr ayında buraxılıb. İstiqrazlar 100 milyon dollar həcmində, 5 illik müddətə və illik 5% gəlirlə emissiya edilib. İstiqrazlar üzrə faiz ödənişləri ildə 4 dəfə həyata keçirilir. İndiyədək faiz ödənişləri 17 yanvar və 17 aprel tarixlərində həyata keçirilib. Növbəti faiz ödənişləri iyulun 17-də və oktyabrın 17-də olacaq.*
N.Abbasova
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank “Summer Challenge 2024” təcrübə proqramını elan edir
AccessBank İsveçrənin responsAbility Investment AG şirkətindən $5 mln kredit cəlb edib
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət