"Bakı Metropoliteni" QSC Rusiyanın metro vaqonlarının istehsalçı şirkəti olan "Transmaşholdinq" QSC-nin şirkətlər qrupuna daxil olan "Metrovaqonmaş" ASC ilə metro vaqonlarının və vaqon komplektlərinin təchizatı haqqında müqavilə imzalamağı planlaşdırır. Bu braədə Bakı metropolitenindən məlumat verilib
“İmzalanması nəzərdə tutulan müqaviləyə əsasən, istehsalçı müəssisə Bakı metropolitenini yeni nəsil 81-765/766/767 seriyalı qatarlar ilə təchiz edəcək. Bu vaqonlar texnologiyaların ən son nailiyyətləri ilə təchiz olunmaqla, müasir tələblərə cavab verir. Ən yüksək təhlükəsizlik tələblərinə cavab verən vaqonlar paslanmayan poladdan istehsal ediləcək”, - deyə məlumatda deyilir.
Həmçinin əvvəlki nəsil qatarlardan fərqli olaraq, yeni qatarlarda tətbiq olunan texnologiyalar sayəsində elektrik enerjisinə 30% qənaət olunacaq.
Əgər əvvəlki modellərdə qapı keçidləri 1250 mm idisə, yenilərində 1400 mm olacaq. Bu isə sərnişinlərin qatara daha rahat minib-düşməsinə, qatarların stansiyalarda yubanmasının qarşısının alınmasına təsir edəcək. Vaqonların sahəsi əvvəlki modellərdən fərqli olaraq 15% genişləndirilib və döşəməsi yeni kompozit materiallardan hazırlanır.
Müqavilənin imzalanacağı tarix barədə məlumat verilmir. Yalnız qeyd edilir ki, bu gün Bakıda "Bakı Metropoliteni" QSC-nin sədri Zaur Hüseynov "Transmaşholdinq" QSC-nin direktoru Kiril Lipa, müəssisənin direktorlar şurasının sədri Andrey Andreyev, biznesin inkişafı üzrə kommersiya direktoru Andrey Vasilyev və "Transmaşholdinq" QSC-nin şirkətlər qrupuna daxil olan "Metrovaqonmaş" ASC-nin baş direktoru Boris Boqatıryov ilə əməkdaşlığın geniş perspektivləri, fikir və təcrübə mübadiləsi ilə bağlı müzakirələr aparıb. **
N.Abbasova
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Azər Türk Bankda sərfəli kredit kampaniyası davam edir
TuranBank Habib American Bank-da ABŞ dollarında müxbir hesab açıb
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət