Xarici qüvvələrin müdaxiləsi Ermənistan-Azərbaycan münaqişəsinin həllinə mane olur. Almaniyanın Bohum Universiteti nəzdində Beynəlxalq Hüquq, Sülh və Silahlı Münaqişələr İnstitutunun professoru Hans-Yoaxim Hayntse belə hesab edir.
"Dağlıq Qarabağ ermənilərinin Dağlıq Qarabağı müstəqil dövlət elan etmək üçün heç bir hüququ yoxdur, çünki onların artıq Ermənistanın simasında öz dövləti var", – deyə o, "İnterfaks-Azərbaycan" agentliyinə bildirib.
Professorun sözlərinə görə, əgər münaqişələrə belə məntiqlə yanaşılsa, bu, beynəlxalq münasibətlər sisteminin sonu olacaq. "Əgər məsələyə bu məntiqlə yanaşılsa, o zaman dünyada 3 mindən çox dövlət olmalıdır, bu isə beynəlxalq münasibətlər sisteminin sonu deməkdir. Digər tərəfdən, qondarma "DQR" Ermənistanın müdaxiləsi nəticəsində yaradılıb və bununla əlaqədar Dağlıq Qarabağ ermənilərinin Dağlıq Qarabağ ərazisində öz müqəddəratını təyin etmək hüququ yoxdur. Onlar burada (Azərbaycanda - İF) yalnız milli azlıq kimi hüquqa malikdirlər", - deyə o qeyd edib.
Hans-Yoaxim Hayntse vurğulayıb ki, Azərbaycan hakimiyyəti münaqişənin nizamlanmasından sonra milli azlıq kimi Dağlıq Qarabağ ermənilərinin hüquqlarını müdafiə etməlidir və rəsmi Bakı dəfələrlə bu barədə bəyan edib.
"Mən Azərbaycanın ərazi bütövlüyünün təminatı prinsipi ilə yanaşı, öz müqəddəratını təyin etmə hüququ prinsipinin də adını çəkdiyi üçün ATƏT-in Minsk qrupunu hər zaman tənqid edirəm. Onlar öz müqəddəratını təyin etmə prinsipini əsas kimi götürməməlidir, çünki Qarabağ erməniləri belə hüquqa malik deyil", - deyə ekspert vurğulayıb.
Onun sözlərinə görə, problemin həlli birbaşa münaqişə edən tərəflərdən asılıdır. "Münaqişənin nizamlanması Ermənistan və Azərbaycandan asılıdır. Onlar bir-birini yaxşı-yaxşı öyrənməli, qarşılıqlı şəkildə mövcud olan stereotipləri aradan qaldırmalıdır. Kənardan müdaxilə nəticəsində münaqişənin həlli mümkün deyil", - deyə Hans-Yoaxim Hayntse əlavə edib.
Professor, həmçinin qeyd edib ki, Ermənistan-Azərbaycan münaqişəsinin həlli xarici qüvvələrin müdaxiləsi səbəbindən uzanır. "Mən münaqişənin xarici müdaxilə nəticəsində həll edilməməsi fikri ilə razıyam. Bir tərəfdən Rusiya Ermənistanın ərazisində hərbi bazaya malikdir və bu, İrəvanı Moskvadan asılı edir. Buna görə Rusiya problemin indiki vəziyyətindən razıdır. Digər tərəfdən Azərbaycandan karbohidrogen almaqda maraqlı olan Qərbi bu ölkə vətəndaşlarının münaqişədən əziyyət çəkməsi faktı narahat etmir. Buna görə münaqişə tərəfləri bir-biri ilə birbaşa danışmalı, problemin ən kökündən müzakirələrə başlamalıdır", - deyə o vurğulayıb.*
F.İsazadə
AccessBank QSC Symantec Endpoint Protection üzrə tender elan edir
AccessBank QSC Cisco ESA + SMARTnet üzrə tender elan edir.
“Yelo Bank” ASC poliqrafiya və çöl reklamı xidmətləri üçün texniki tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
TuranBank Habib American Bank-da ABŞ dollarında müxbir hesab açıb
Dünyanın ən məşhur idman və əyləncə kanalları indi “CityNet”də!
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət