Azərbaycan hökuməti ünvanlı sosial yardım (ÜSY) alan ailələrin sayının azaldılması istiqamətində tədbirlər görməyi planlaşdırır. Bu sözləri əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov deyib.
«Hazırda biz vətəndaşlara ünvanlı sosial yardımın verilməsi ilə bağlı qanunvericiliyə dəyişikliklərin hazırlanması üzərində işləyirik. Ümid edirik ki, atdığımız addımlar ünvanlı sosial yardım alan ailələrin sayını azaltmağa imkan verəcək», - deyə o, bu gün mətbuat konfransında bildirib.
Nazir qeyd edib ki, vətəndaşlara ünvanlı sosial yardımın verilməsi sahəsində əsaslı tədbirlərin görülməsi zəruridir. Qanunvericiliyə təklif olunan dəyişikliklərə əsasən, ünvanlı sosial yardım 4 nəfər üzvü olan, lakin 1 nəfərin işlədiyi ailələrə ödəniləcək.
O əlavə edib ki, ÜSY alıcılarının sayının azalması yeni iş yerlərinin açılması və özünüməşğulluq proqramının reallaşdırılması şərti ilə mümkündür.
S.Müslümov, həmçinin ÜSY alan ailələrin sayının azaldığını da diqqətə çatdırıb. «Əgər 2016-cı ilin sonunda yardım almaq üçün 165 min aztəminatlı ailə müraciət etmişdisə və onlardan 130 min ailənin müraciəti təmin olunmuşdusa, indi 117 min ailə ÜSY alır. Ümidvarıq ki, ardıcıl tədbirlərin görülməsi nəticəsində yaxın 2-3 ay ərzində belə ailələrin sayının 100 minədək azaldılması mümkün olacaq», - deyə o vurğulayıb.*
R.Babayev
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank “Summer Challenge 2024” təcrübə proqramını elan edir
AccessBank İsveçrənin responsAbility Investment AG şirkətindən $5 mln kredit cəlb edib
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət