İcbari Sığorta Bürosu (İSB) sürücülərə avtomobillərini satarkən icbari sığorta müqaviləsinə xitam verməyi tövsiyə edir.
“Bir çox hallarda etibarnamə ilə avtomobillərini satan vətəndaşlar satdığı avtonəqliyyat vasitəsi ilə bağlı qüvvədə olan mülki məsuliyyətin icbari sığortası müqaviləsinə xitam vermir, bu isə onlar üçün gələcəkdə icbari sığorta ilə bağlı arzuolunmaz vəziyyətin yaranmasına gətirib çıxara bilir”, - deyə İSB-nin məlumatında bildirilir.
Belə ki, avtomobilin yeni sahibinin müqavilə müddəti ərzində həmin avtomobillə səbəb olduğu qəzalara görə Bonus-Malus sistemi çərçivəsində hesablanan Malus əmsalları (cərimələr) icbari sığorta müqaviləsi adına olduğundan avtomobilin keçmiş sahibinə yazılır, bu da onunla nəticələnir ki, sonuncu gələcəkdə başqa bir avtomobil alıb onunla bağlı icbari sığorta müqaviləsi bağlayarkən ona yazılmış həmin Malus əmsalları üzündən daha yüksək sığorta haqqı ödəməli olur.
Avtomobili satan zaman qüvvədə olan icbari sığorta müqaviləsinə xitam vermək üçün vaxtilə həmin müqavilənin bağlanıldığı sığorta şirkətinə müraciət etmək tələb olunur. “Beləliklə, siz satdığınız avtomobilin yeni sahibinin gələcəkdə törədə biləcəyi yol qəzalarına görə cərimə əmsallarından (Maluslardan) özünüzü qorumuş olursunuz”, - deyə məlumatda vurğulanır.
Müqaviləyə xitam verərkən vaxtilə ödənilən sığorta haqqının müəyyən hissəsi geri qaytarılır.
“Avtonəqliyyat vasitəsinin özgəninkiləşdirilməsi zamanı qüvvədə olan icbari sığorta müqaviləsinə xitam verməyin daha bir cəlbedici cəhəti odur ki, bu zaman vaxtilə ödədiyiniz sığorta haqqının müəyyən inzibati xərclər çıxıldıqdan sonra müqavilə müddətinin sonunadək olan dövr üzrə hissəsi sığorta şirkəti tərəfindən sizə qaytarılır. Yəni misal üçün, müqavilənizi müddətinin bitməsinə beş ay qalmış xitam edirsinizsə və ötən dövr ərzində hər hansı yol-nəqliyyat hadisəsinə səbəb olmamısınızsa, sığorta şirkəti həmin beş ay üzrə olan məbləği hesablayaraq oradan müqavilənin bağlanmasına çəkilən inzibati xərcləri çıxır və yerdə qalan hissəni sizə geri ödəyir. Bu isə bir sıra hallarda avtomobilin mühərrikinin həcmindən asılı olaraq heç də az məbləğ olmur. Lakin onu da bilmək lazımdır ki, müqavilənin əvvəlki dövrlərində sizin təqsiriniz üzündən baş vermiş yol-nəqliyyat hadisələri sizə geri qaytarılacaq məbləği əhəmiyyətli dərəcədə azalda, hətta heçə endirə bilər”, - deyə məlumatda bildirilir.*
A.Əzizov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Azər Türk Bankda sərfəli kredit kampaniyası davam edir
TuranBank Habib American Bank-da ABŞ dollarında müxbir hesab açıb
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət