ATƏT Parlament Assambleyasında (PA) Ermənistan silahlı qüvvələri tərəfindən iki yaşlı Zəhra Quliyevanın öldürülməsi kəskin tənqid edilib. Bunu Milli Məclisin vitse-spikeri, ATƏT PA-da Azərbaycan nümayəndə heyətinin rəhbəri Bahar Muradova deyib.
«ATƏT PA-nın illik sessiyasında Ermənistan silahlı qüvvələrinin təxribatı nəticəsində iki yaşlı Zəhra Quliyeva və onun nənəsinin həlak olması xəbəri dərin təəssüf hissi ilə qarşılanıb. Onların acı taleyi deputatları çox narahat edib”, - deyə o, bu gün ATƏT PA-nın Minskdə keçirilən illik sessiyasının yekunlarına həsr olunmuş brifinqdə bildirib.
Vitse-spikerin sözlərinə görə, bir çox avropalı həmkarlar Azərbaycan nümayəndə heyətinin üzvlərinə 2 yaşlı qızın faciəli ölümü ilə əlaqədar başsağlığı verib.
«Sessiya iştirakçıları çıxışlarında azərbaycanlı qızın öldürülməsini açıq şəkildə pisləyib və münaqişə zonalarında mülki şəxslərin qətlə yetirilməsinin dayandrılmasını tələb ediblər. Bundan başqa, münaqişələrin, o cümlədən Ermənistan-Azərbaycan münaqişəsinin həllinin vacibliyi vurğulanıb», - deyə B.Muradova qeyd edib.
O, sessiyanın Azərbaycan nümayəndə heyəti üçün uğurlu olduğunu deyib.
B.Muradova əlavə edib ki, ATƏT PA nümayəndələri son vaxtlar bu və ya digər məsələlərlə bağlı qərarların qəbul edilməsinə daha diqqətlə yanaşmağa başlayıblar.
«Son zamanlar ATƏT PA deputatları ədalətsiz sənədlərin lehinə səs vermirlər. Bu, ilk növbədə bir çox məsələlər, habelə Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı Azərbaycanın mövqeyinin güclənməsinə kömək edir», - deyə vitse-spiker diqqətə çatdırıb.*
R.Babayev
AccessBank Тaksi xidmətləri üzrə tender elan edir
AccessBank QSC Symantec Endpoint Protection üzrə tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank ilə biznes hədəflərinizə çatmaq asandır
“Bakcell”in Baş İcraçı Direktoru Müasir Təhsil Kompleksinin şagirdləri ilə görüşüb
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət