Azərbaycan Dövlət Neft Fondu (ARDNF) aktivlərin əsas hissəsini əvvəlki kimi ABŞ dollarında yerləşdirməyə üstünlük verir. Bu barədə fondun məlumatında deyilir.
«30 iyun 2017-ci il tarixinə ARDNF-in aktivləri $34 mlrd. 790,9 mln. təşkil edib, bu məbləğin $0,2 mln.-u Azərbaycan manatında, qalanı digər valyutalarda yerləşdirilib», - deyə məlumatda bildirilir.
Qeyd olunan tarixə ARDNF-in investisiya portfeli $34 mlrd. 790,7 mln.-a bərabərdir.
Fondun investisiya portfelinin strukturunda $16 mlrd. 448,8 mln. və ya 47,3% ABŞ dollarında (2016-cı ilin sonuna 49,2%), 35,9% avroda (2016-cı ilin sonuna 34,3%), 5% funt sterlinqdə (2016-cı ilin sonuna 4,8%), 0,6% Avstraliya dollarında, 1,1% türk lirəsində, 1,4% rus rublunda, 1,2% Cənubi Koreya vonunda (2016-cı ilin sonuna 1,2%), 1,4% Çin yuanında, 1,2% yapon yenində (2016-cı ilin sonuna 1,1%), 1,4% digər valyutalarda, 3,5% qızılda (2016-cı ilin sonuna 3,4%) yerləşdirilib.
Fondun investisiya portfelinin vəsaitlərinin 41%-i Avropa ölkələrində (2016-cı ilin sonuna 43,1%), 25,1%-i Şimali Amerikada (2016-cı ilin sonuna 23,5%), 26,2%-i Asiya-Sakit okean regionu ölkələrində (2016-cı ilin sonuna 26,3%), qalanı digər regionlarda yerləşdirilib.
ARDNF-in investisiya portfelinin 79%-i istiqrazlarda və pul bazarı alətlərində, 12,8%-i səhmlərdə, 4,7%- daşınmaz əmlakda, 3,5%-i qızılda yerləşdirilib.*
N.Abbasova
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Dünyanın ən məşhur idman və əyləncə kanalları indi “CityNet”də!
Azər Türk Bank daha bir filialını istifadəyə verdi
AccessBank Masallıda filialının açılması ilə regional şəbəkəsini genişləndirir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət