Cümə günü SOCAR (ARDNŞ) şirkətin istiqrazlarının sahiblərinin bank hesablarına $1,25 mln. dəyərində üçüncü faiz ödənişi həyata keçirib. Bu barədə “SOCAR Capital” şirkətinin məlumatında deyilir.
“İyulun 17-də SOCAR şirkətin istiqrazlarının sahiblərinin bank hesablarına $1,25 mln. dəyərində üçüncü faiz ödənişi həyata keçirilib”, - məlumatda qeyd olunur.
“SOCAR Capital”dan bildirilib ki, təkrar bazarda dövriyyəyə buraxıldığı vaxtdan indiyədək istiqrazlar üzrə əməliyyatlarının həcmi $90 mln.-u ötüb. Bununla belə, 2017-ci ilin ilk yarısında ümumi həöcmi $52 mln. olan 51,62 min ədəd istiqraz alqı-satqısı həyata keçirilib.
“Bu dövrdə Bakı Fond Birjasında bütün istiqrazlar üzrə təkrar bazar əməliyyatlarının 82%-i SOCAR istiqrazlarının payına düşüb. SOCAR istiqrazlarına fiziki şəxslərlə yanaşı, hüquqi şəxslər tərəfindən də böyük maraq müşahidə olunur. Hazırda SOCAR İstiqrazı almış xarici investorlar arasında Rusiya, Türkiyə, Ukrayna, Gürcüstan, Qazaxıstan və digər ölkələrin vətəndaşları var”, - məlumatda vurğulanır.
SOCAR-in istiqrazlarının sahiblərinə növbəti faiz ödənişi cari il 17 oktyabr tarixində baş tutacaq. **
N.Abbasova
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank “Summer Challenge 2024” təcrübə proqramını elan edir
AccessBank İsveçrənin responsAbility Investment AG şirkətindən $5 mln kredit cəlb edib
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət