İsveçrənin ətriyyat kompozisiyaları istehsalçısı olan “Luzi AG” şirkəti məhsullarının Qafqaz və Mərkəzi Asiyada inkişaf etdirilməsi üçün Azərbaycanı regional hab kimi qiymətləndirir. Bu barədə şirkətdən məlumat verilib.
“Yerli bazarda “Luzi AG” şirkətinin məhsulları 10 ildən çoxdur tanınır. Şirkət 2014-cü ildə məhsullarının aktiv inkişaf etdirilməsinə başlayıb və artıq 2017-ci ilin fevral ayında isə Bakıda regional nümayəndəliyini açıb. Hazırda “Luzi AG” Azərbaycanda ətriyyat və kosmetika məhsullarının istehsalçıları ilə əməkdaşlıq edir, həmçinin yerli şəxsi gigiyena vasitələri və məişət kimya məhsullarının istehsalçıları ilə aktiv danışıqlar aparır”, - məlumatda deyilir.
“Luzi AG"-nin icraçı direktoru Yurq Kollerin (Jürg Koller) sözlərinə görə, iki il ərzində şirkət realizə etdiyi məhsullarının həcminin artırmaq və ətriyyat kompozisiyaları bazarında liderlərdən birinə çevrilmək niyyətindədir.
"Luzi AG" şirkəti Yaxın Şərq regionu ölkələrinin bazarlarında təmsil olunur və bu regionun aparıcı hazır məhsul istehsalçılarının inamını qazanıb. Bizi BƏƏ, İran və Fars körfəzinin digər ölkələrində çox yaxşı tanıyarlar. Son illər ərzində Dubayda olan məhsullarımız Azərbaycandan və Qazaxıstandan aktiv şəkildə satın alınır, məhz bu səbəbdən də Bakıda rəsmi nümayəndəliyin açılmasını qərara aldıq. Planlaşdırırıq ki, Azərbaycan nümayəndəliyimiz nəinki yerli bazarı əhatə edəcək, həmçinin Qafqaz və Orta Asiya bazarlarında məhsullarımımzn inkişaf etdirilməsində hab rolunu oynasın. Artıq ofisimizdə Azərbaycan və Qazaxıstanda biznesin inkişafı üzrə menecerlərimiz fəaliyyət göstərir”, - Y.Koller bildirib.
O əlavə edib ki, Azərbaycan bazarında şirkətin məhsulları qiymətinə görə rəqabətqabiliyyətlidir. “Deyə bilərəm ki, bazarda digər analoji məhalullarla müqayisədə biz orta, hətta ortadan bir qədər yuxarı kateqoriyadayıq. Onu da xatırlatmaq istərdim ki, yüksək keyfiyyətli məhsul ucuz satıla bilməz”, - Y.Koller vurğulayıb.
Əsası 1926-cı ildə Sürixdə qoyulan “Luzi AG” şirkəti Avropanın ən qocaman ətriyyat kompozisiyaları istehsalçısıdır. Şirkətin sifarişçiləri sırasında həm kütləvi, həm də eksklüziv kateqoriyalara aid olan ətriyyat istehsalçıları mövcuddur. Hazırda şirkət 100-dən çox ölkədə təmsil olunur. **
N.Abbasova
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Dünyanın ən məşhur idman və əyləncə kanalları indi “CityNet”də!
Azər Türk Bank daha bir filialını istifadəyə verdi
AccessBank Masallıda filialının açılması ilə regional şəbəkəsini genişləndirir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət