2017-ci ilin birinci yarısında Azərbaycanda bütün növ nəqliyyat vasitələri ilə yükdaşımaların həcmi 109 mln. 129,4 min ton təşkil edib ki, bu da ötən ilin analoji dövrünün göstəricisindən 2% çoxdur. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Statistika Komitəsindən məlumat verilib.
Statistik məlumatlara görə, birinci yarımillikdə qeyri-neft yükdaşımalarının həcmi 4,5% - 82,1 mln. tona qədər artıb.
Yükdaşımaların strukturunda qeyri-dövlət nəqliyyat müəssisələrinin payına 80,6%, dövlət sektorunun payına 19,4% düşüb. Birinci yarımillikdə qeyri-dövlət nəqliyyat müəssisələri tərəfindən yükdaşımaların həcmi ötən ilin analoji dövrü ilə müqayisədə 0,1% azalıb.
Hesabat dövründə dəmir yolu ilə 7 mln. 222,7 min ton yük (tranzit yüklər daxil olmaqla) daşınıb ki, bu da 2016-cı ilin yanvar-iyun aylarının göstəricisindən 2% çoxdur.
Cari ilin I yarısında respublikanın dəniz nəqliyyatı ilə 3 mln. 937,1 min ton (artım 49,9%), avtomobil nəqliyyatı ilə 68 mln. 611,2 min ton (artım 2,2%), hava nəqliyyatı ilə 76,8 min ton (artım 7%) müxtəlif növ yük daşınıb.
Bu dövrdə daxili neft kəmərləri ilə 21 mln. 52,7 min ton neft (azalma 6,9%) nəql edilib. 16 mln. 474,7 min ton neft və ya nəqlin bütün həcminin 78,3%-i Bakı-Tbilisi-Ceyhan neft kəməri ilə daşınıb. 2017-ci ilin yanvar-iyun aylarında BTC neft kəməri ilə 3 mln. 263 min ton tranzit neft nəql olunub.
Nəqlin qalan həcmi magistral qaz kəmərlərinin payına düşüb.**
N.Abbasova
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Bakcell Fəvvarələr Meydanında yeni innovativ mağazasını təqdim etdi!
Yelo Bank “Summer Challenge 2024” təcrübə proqramını elan edir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət