Bakı ABŞ-ın Arizona ştatı ilə birbaşa əməkdaşlığın qurulmasında maraqlıdır. Bunu Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov deyib.
“Arizona ştatı ilə birbaşa təmasların qurulması və əməkdaşlığın inkişaf etdirilməsinin hər iki tərəfin maraqlarına cavab verir”, - E.Məmmədyarov ABŞ-ın Arizona ştatının Nümayəndələr Palatasının spikeri Cavan Mesnard ilə görüşdə bildirib. Bu barədə XİN-in mətbuat xidmətindən məlumat verilir.
E.Məmmədyarov yüksək texnologiyalar, kənd təsərrüfatı, turizm, mədəniyyət və digər sahələrdə Azərbaycan və Arizona ştatı arasında əməkdaşlıq üçün əlverişli imkanların olduğunu qeyd edib.
C.Mesnard Arizona ştatının kənd təsərrüfatı və yüksək texnologiyalar sahəsində əldə etdiyi uğurlardan danışıb.
“Tərəflər həmçinin, ABŞ-ın yerli qanunverici orqanları ilə əlaqələrin inkişaf etdirilməsi məsələləri ətrafında fikir mübadiləsi aparıblar”, - məlumatda deyilir. **
R.Babayev
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət