Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) İdarə heyəti oktyabr ayının 18-də Transanadolu boru kəməri (TANAP) layihəsinin reallaşdırılması üçün $500 mln. həcmində kreditin ayrılması məsələsini müzakirə edəcək. Bu barədə bankdan məlumat verilib.
AYİB dövlət zəmanəti ilə “Cənub Qaz Dəhlizi” QSC-yə kredit ayırmaq niyyətindədir.
TANAP layihəsinin ümumi dəyəri $8,6 mlrd. dollar təşkil edir, bunun $5 mlrd.-ı “CQD”-nin payıdır.
“AYİB ilə yanaşı TANAP-ın reallaşdırılmasında bir sıra beynəlxalq maliyyə təsisatları iştirak edirlər. Dünya Bankı - $800 mln., Asiya İnfrastruktur İnvestisiya Bankı - $600 mln. vəsait ayırıb. Avropa İnvestisiya Bankı TANAP-ın maliyyələşdirilməsi məsələsinə baxacaq”, - məlumatda deyilir.
Bankın məlumatına görə, TANAP-ın daxil olduğu “CQD” - Avropa və Türkiyənin təhlükəsizlik və enerji təchizatının şaxələndirilməsinə yönələn vacib strateji qaz infrastruktur layihədir.
“CQD” qaz tədarükü variantlarını genişləndirəcək və enerji ehtiyatlarının nəqli üçün yeni marşrutlar təklif edəcək, bu da Avropaya Xəzər regionunun mədənlərinə və daha uzunmüddətli perspektivdə Şərqi Aralıq dənizi, Mərkəzi Asiya və Yaxın Şərq daxil olmaqla, ondan kənarda ehtiyyatlara çıxış əldə etməyə imkan verəcək. Regionlararası infrastruktur layihə qismində “CQD” beynəlxalq əməkdaşlıq üçün imkanların genişlənməsi, iqtisadi inteqrasiya və regionda sabit iqtisadi inkişafa imkan yaradacaq”, - məlumatda qeyd olunur.
AYİB bildirir ki, bu layihə nəinki Azərbaycanı Avropa qaz bazarları ilə birləşdirəcək, həm də regional qaz şəbəkəsi daxilində qarşılıqlı əlaqəni genişləndirəcək.
“Bununla, layihə inteqrasiya olunmuş, yaxşı fəaliyyət göstərən Avropa qaz bazarının yaradılmasına şərait yaradacaq və regionlararası ticarətə imkan verəcək. Layihə ötürülmə qabiliyyətinin artırılması potensialı ilə həmçinin Xəzər dənizi ətrafında geniş regionu Türkiyə və Avropa ilə birləşdirə və Cənub-Şərqi Avropada qaz bazarının interqrasiyasını gücləndirə bilər”, - məlumatda vurğulanır.
A.Axundov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Bakcell Fəvvarələr Meydanında yeni innovativ mağazasını təqdim etdi!
Yelo Bank “Summer Challenge 2024” təcrübə proqramını elan edir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət