Azərbaycanda 3 il müddətinə azadlıqdan məhrum edilmiş bloger Aleksandr Lapşinin ekstradisiyası ilə bağlı vəziyyət 7-10 gün ərzində məlum olacaq. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə blogerin vəkili Eduard Çernin məlumat verib.
“Hesab edirəm ki, bu istiqamətdə hansı addımların atılacağı yaxın 7-10 gün ərzində məlum olacaq”, – deyə o bildirib.
Vəkil vurğulayıb ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin A.Lapşinin 3 il müddətinə azaqdlıqdan məhrum edilməsi haqqında 20 iyul tarixli hökmü avqustun 14-də qüvvəyə minir.
«Bu gün hökm qüvvəyə minir. Prosedura riayət olunmalıdır. İsrail Ədliyyə Nazirliyindən Azərbaycan Ədliyyə Nazirliyinə müraciət daxil olmalıdır, bundan sonra Azərbaycan tərəfi bu müraciətə baxacaq», - deyə E.Çernin qeyd edib.
Onun sözlərinə görə, bu proses öz-özündən baş tuta bilməz.
«İsrail Lapşini ekstradisiya etmək niyyətində olduğunu bildirib, lakin “istəyir” və konkret hərəkətlər arasında böyük fərq var. İsrail tərəfi bildirib ki, onlarda müəyyən prosedur mövcuddur», - deyə vəkil əlavə edib.
Bununla yanaşı, E.Çernin bürokratik əngəllərin olduğunu istisna etməyib.
«Elə məsələ var ki, bir günə həll olunur, bəzən isə onun həlli yarım ay çəkir. Lakin hələ müraciət daxil olmadığı üçün prosedura əməl olunmalıdır”, - deyə o vurğulayıb.*
R.Babayev
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
AccessBank dollar əmanətləri üzrə faiz dərəcələrini artırdı
AccessBank regionlarda iştirakını möhkəmləndirir: Yeni filial artıq Qubada
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət