Milli Olimpiya Komitəsinin vitse-prezidenti, Azərbaycan Atletika Federasiyasının (AAF) prezidenti Çingiz HüseynzadəTürkiyə millisinin heyətində Londonda keçirilən dünya çempionatında çıxış edən Ramil Quliyevin qələbəsini “tarixi” adlandırıb.
“Keçmiş idmançımız Ramil Quliyevin dünya çempionatında qələbəsi hər birimiz üçün böyük hadisədir”, - Ç.Hüseynzadə çərşənbə axşamı mətbuat konfransında bildirib.
Onun sözlərinə görə, Azərbaycan nümayəndə heyəti Londonda qalibi təbrik edib.
“Biz hələ Londonda finaldan öncə onun medal qazanacağını proqnoz vermişdik. Türkiyə Atletika Federasiyası ilə bu halda Ramil Quliyevin iki ölkənin bayrağını qaldıracağı barədə razılığa gəlmişdik. Londonda çempionatda hər çıxışından öncə Quliyevi Azərbaycan idmançısı kimi elan etmələri sevindirici haldır”, - MOK vitse-prezidenti qeyd edib.
Ç.Hüseynzadə bir çox jurnalisti qeyri-peşəkarlıqda ittiham edib və ucuz sensasiya dalınca qaçdıqlarını vurğulayıb.
“Ramil Quliyev 7 il əvvəl Azərbaycandan gedib. Mənə 6 il öncə verdiyim müsahibəni xatırladırlar. Heç nəyi təkzib etməyəcəyəm və sözlərimin üstündə dururam. Bu gün o qəhrəmandır və biz onunla fəxr edirik. Lakin indi də 6 il əvvəl satqınlıq etdiyinə dair dediyim sözləri təkrar edə bilərəm”, - Ç.Hüseynzadə bildirib.
MOK vitse-prezidenti qeyd edib ki, Quliyev barədə əvvəl dedikləri onun idman nailiyyətlərinə aid olmayıb.
“2015-ci ildə dünya çempionatından öncə Quliyevdən yaxşı nəticələr gözləməyə dair suala “xeyr” cavabı vermişdim. Rioda Olimpiadadan əvvəl də eyni nəticə oldu. Yüngül atletika elə bir nöbvdür ki, atletin hansı nəticələr nümayiş edəcəyi dərhal görünür. Yalnız Azərbaycan gedəndən 4 il sonra Quliyev çıxışlarının əvvəlki səviyyəsinə yüksəlib”, - Ç.Hüseynzadə vurğulayıb.
Onun sözlərinə görə, Azərbaycanda da R.Quliyev qayğıdan kənarda qalmayıb.
“Ramil Azərbaycanmda yueganə idmançıdır ki, Federasiyanın tövsiyyəsi ilə ona 19 yaşında mənzil veriblər. Quliyev “Neftçi”nin ən yüksək maaşlı idmançısı olub. Ramil Quliyev Türkiyədə klubdan əmək haqqı alır. Bakıda “Neftçi”dən əmək haqqı alıb. Onu heç kim kənarda qiymayıb. O heç yerdə deməyib ki, mənzil hədiyyə alıb, mükafat əldə edib”, - MOK vitse-prezidenti bəyan edib.
Ç.Hüseynzadə R.Quliyevin hazırlığı üçün Azərbaycanda lazımi şəraitin olmadığını bildirib.
“Müsahibəsində Ramil Bakıda manejin soyuq olduğunu qeyd edib. O ilə indi də soyuqdur. Rayonlarda qaçış çığırları yoxdur. Federasiya onları inşa edə bilməz”, - o əlavə edib.
MOK vitse-prezidentinin sözlərinə görə, Azərbaycan Atletika Federasiyası Quliyevə “Fənərbaxça” klubu üçün çıxış etməyə icazə verib.
Ç.Hüseynzadə bildirib ki, çətin ki, Türkiyə R.Quliyevi geri qaytardı.
“Ümumiyyətlə Ramil Türkiyə üçün çıxış etmək niyyətində olmayıb. O, 14 yaşından etibarən Rusiya yığmasının tərkibində çıxış etməyi arzulayıb”, - Federasiya prezidenti vurğulayıb ki, Rusiya Yüngül Atletika Federasiyası Azərbaycan tərəfi ilə əlaqələri korlamamaq üçün Quliyevi qəbul etməkdən imtina edib. **
R.Babayev
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank “Summer Challenge 2024” təcrübə proqramını elan edir
AccessBank İsveçrənin responsAbility Investment AG şirkətindən $5 mln kredit cəlb edib
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət