Lerik rayonu Vivəzəmin kəndində bir ailənin 3 üzvünün ölümü ilə nəticələnən yanğın hadisəsi ilə əlaqədar cinayət işi açılıb. Bu barədə Respublika Baş Prokurorluğu və Daxili İşlər Nazirliyinin birgə məlumatında deyilir.
Fakta görə rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.2.7-ci (iki və ya daha çox şəxsi qəsdən öldürmə), 125-ci (özünü öldürmə həddinə çatdırma) və 186.2.2-ci (əmlakı qəsdən yandırmaqla məhv etmə və ya zədələmə) maddələri ilə cinayət işi başlanıb.
Cinayətin törədilməsinə Vivəzəmin kənd sakini Mehdi Mirzəzadə şübhəli şəxs qismində saxalanılıb.
Xəbər verildiyi kimi, avqustun 22-də Lerik rayonu Vivəzəmin kəndində birmərətəbəli üçotaqlı evdə baş verən yanğın nəticəsində Elman və Şükufə Hüseynovlar, həmçinin 22 yaşlı qızları Süsən yanaraq ölüblər. Fövqəladə Hallar Nazirliyinin Regional Mərkəzinin yangınsöndürmə xidmətinin əməkdaşları mənzildən onların yanaraq tanınmaz hala düşmüş meyitlərini aşkar ediblər.
“Məhkəmə-tibb ekspertizası tərəfindən meyitlərin müayinəsi zamanı həlak olan şəxlərin üzərində deşilmiş-kəsilmiş xəsarətlərin olması müəyyənləşdirilib. İlkin araşdırma zamanı Mehdi Mirzəzadə izahatında həmin gün səhər radələrində atasının bıçaqla anasını və bacısını vurduğunu, Elman Hüseynovun ona da xəsarət yetirməyə cəhd göstərsə də, həyətə qaçdığını, sonda isə evi yandırmaqla atasının intihar etdiyini göstərib”, - məlumatda deyilir.
“Şübhəli şəxs M.Mirzəzadə ifadəsində atasını qətlə yetirdiyini, sonra isə evdə yanğın törətdiyini etiraf edib. O, cinayətin aləti olan bıçağı da maddi sübut kimi istintaqa təqdim edib”, - məlumatda qeyd olunur. **
R.Babayev
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank “Summer Challenge 2024” təcrübə proqramını elan edir
AccessBank İsveçrənin responsAbility Investment AG şirkətindən $5 mln kredit cəlb edib
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət