Cümə günü Yasamal Rayon Məhkəməsində "Turan" İnformasiya Agentliyinin baş direktoru Mehman Əliyev barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçilib.Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə məhkəmədən məlumat verilib.
Cümə axşamı M.Əliyev AR CM 231.1 (vergi ödənişindən yayınma) və 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələr üzrə şübhəli şəxs kimi saxlanılıb.
M.Əliyev 60,08 min manat məbləğində vergi ödənişindən yayınmaqda ittiham olunur.
Azərbaycan Mətbuat Şurası M.Əliyevlə bağlı prezident İlham Əliyevə müraciət ünvanlayıb. Müraciətdə M.Əliyevlə bağlı insidentin Azərbaycan qanunları çərçivəsində ədalətli həllini tapmasına dövlət başçısının köməklik göstərməsi xahişi öz əksini tapıb.
“Mehman Əliyev özünü cəmiyyətə peşəkar jurnalist olaraq təqdim etdi”, - Mətbuat Şurası “Turan” agentliyinin Azərbaycanın daxili ictimai-siyasi mühitin formalaşmasında da mühüm töhfəsini vurğulayıb.
“Turan” İnformasiya Agentliyi 1990-cı ilin may ayında təsis edilib.**
R.Babayev
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Azər Türk Bankda sərfəli kredit kampaniyası davam edir
TuranBank Habib American Bank-da ABŞ dollarında müxbir hesab açıb
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət