Fiziki şəxs “Gəncə Mənzil Tikinti” ASC-nin səhmlərinin satışı üzrə investisiya müsabiqəsinin qalibi elan edilib. Bu barədə Əmlak Məsələləri Dövlət Komitəsindən məlumat verilib.
“9 iyun 2017-ci il tarixində “Gəncə Mənzil Tikinti”nin səhmlərinin satışı üzrə investisiya müsabiqəsi keçirilib. Müsabiqə iştirakçılarının təqdim etdikləri investisiya təklifləri baxıldıqdan sonra müsabiqə komissiyası açıq səsvermə yolu ilə fiziki şəxsi qalib elan edib”, - məlumatda qeyd olunur.
İnvestisiya Proqramına əsasən, 18 ay ərzində müəssisəyə 844 min manat məbləğində investisiya qoyuluşunun həyata keçirilməsini öhdəsinə götürüb.
Nəzərdə tutulan investisiya qoyuluşları müəssisənin ərazisindəki yararsız və qəzalı vəziyyətdə olan tikililərin demontajına, istehsal korpusları və inzibati binada yenidənqurma və təmir işlərinin aparılmasına, xırdalanmış mərmər ovuntuları sexinin qurulmasına yönəldiləcək.
Habelə həmin investisiyalar taxıl (silos) və logistika anbarlarının qurulmasına, avadanlıq, texnika, maşın-mexanizm və xammalın alınmasına xərclənəcək. Eyni zamanda, müəssisənin infrastruktur təminatının yaxşılaşdırılması (işıq, su və s.) və ərazinin abadlaşdırılmasına sərf ediləcək.
Görüləcək işlər nəticəsində müəssisədə 70 yeni iş yerinin yaradılması nəzərdə tutulur.
Müsabiqənin şərtlərinə müvafiq olaraq, qalib şəxs dövlət büdcəsinə 500 min manat məbləğində vəsaitinin köçürülməsini təmin edib.
Xəbər verildiyi kimi, “Gəncə Mənzil Tikinti” ASC Gəncə şəhərində yerləşir. Müəssisə 1979-cu ildə istismara verilib. Burada 6 nəfər çalışır.
2017-ci il mayın 1-nə ASC-nin öhdəlikləri 284,158 min manat təşkil edir. Müəssisənin debitor borcu 248,948 min manata bərabərdir.
Bu tarixə ASC-nin nizamnamə kapitalı 2 mln. 697,092 min manat təşkil edir və nominal dəyəri 2 manat olan adi səhmlərə bölünüb. **
N.Abbasova
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank “Summer Challenge 2024” təcrübə proqramını elan edir
AccessBank İsveçrənin responsAbility Investment AG şirkətindən $5 mln kredit cəlb edib
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət