Bakı Myanmarda müsəlmanlara qarşı zorakılıqdan narahatdır və dayandırılması istiqamətində olan beynəlxalq səyləri dəstəkləyir. Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev bəyan edib.
“Myanmarda Rohingya müsəlmanlarına qarşı davam edən kütləvi zorakılıq hallarından ciddi narahatlıq ifadə edirik. Biz beynəlxalq ictimaiyyətin, xüsusilə İslam Əməkdaşlıq Təşkilatının bu zorakılığın dayandırılması istiqamətində olan səylərini dəstəkləyirik", - H. Hacıyev vurğulayıb.
Xəbər verildiyi kimi, Myanmar hökuməti Rakhayn ştatında islam döyüşçüləri hesab etdikləri Rohingya müsəlmanlarına qarşı əməliyyat həyata keçirir. Birma KİV-i onları “benqal terrorçuları” addlandırır. Toqquşmalar nəticəsində 400 nəfər həlak olub. Onların 350-dən çoxu Rohingya müsəlmanlarıdır.
Rakhayn ştatında Rohingya müsəlmanları və buddizm məzhəbinə qulluq edən birmalılar arasında münaqişə uzun illərdir davam edir.
Rohingya müsəlmanları özlərini müasir Myanmarın Rakhayn ştatı ərazisinin yeerli əhalisi hesab edirlər. Baxmayaraq ki, əksər tarixçilər hesab edirlər ki, Rohingya müsəlmanları Britaniyanın müstəmləkəçi hökmranlığı dövründə Myanmara köçüblər. Əsas din buddizmin olduğu Myanmar hökuməti və ictimai rəy Rohingya müsəlmanlarını Banqladeşdən qeyri-leqal miqrantlar hesab edirlər, bu səbəbdən onlara vətəndaşlıq verməkdən imtina edirlər.
BMT-nin rəyinə əsasən, Rohingya müsəlmanları dünyada ən çox sıxışdırılan azlıq xalqlarından bidirir. **
F.İsazadə
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank-ın dəstəyi ilə növbəti SHE Congress tədbiri keçiriləcək
Yelo Bank biznes sahibləri üçün Mobil POS xidmətini təqdim edir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət