Ceyrançöl layihəsinin III mərhələsi çərçivəsində 22 kv.metrə yaxın ərazi partlamamış hərbi sursat və minalardan təmizlənməlidir. Bunu baş nazirin müavini Abid Şərifov bəyan edib.
“Ceyrançöl layihəsinin III mərhələsinə bu ilin yanvar ayında başlanıb və 2018-ci ilin sonunda başa çatacaq. Bu mərhələ 21 mln. 395,5 min kv.m ərazinin partlamamış hərbi sursat, piyada və tank əleyhinə minalardan təmizlənməsini nəzərdə tutur”, - A.Şərifov“Ceyrançöl layihəsinin 3-cü mərhələsinin təqdimatında çıxışı zamanı deyib.
Onun sözlərinə görə, bu mərhələnin reallaşdırılmasına 1,3 mln. avro ayrılıb, bunun 553 min avro Azərbaycanın payına düşür.
“Ceyrançöl Azərbaycan-Gürcüstan sərhədinin şimal-qərb hissəsində yerləşir və PHS mərmi və mina nöqtey-nəzərindən ən təhlükəli yerdir. Burada ANAMA tərəfindən minalardan təmizlənmə əməliyyatları həyata keçirir. Sovet illəri dövründə həmin ərazidə ən iri hərbi poliqon yerləşib, burada genişmiqyaslı təlimlər keçirilib. Bu səbəbdən, Ceyrançöldə çox sayda PHS, mərmi və hava bombaları qalıb”, - A.Şərifov vurğulayıb.
Baş nazirin müavini qeyd edib ki, Ceyrançöl ərazisinin təmizlənməsi layihəsində Türkiyə lider ölkədir. Həmçinin, Türkiyə Almaniya, Macarıstan və ABŞ ilə yanaşı 3-cü mərhələnin donoru qismində çıxış edir.
“Ceyrançöl layihəsinin I və II mərhələlərində ABŞ lider ölkə olub”, - Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin (ANAMA) direktoru QəzənfərƏhmədov qeyd edib.
Onun sözlərinə görə, qeyd olunan iki mərhələnin reallaşdırılmasına 4,9 mln. avro ayrılıb.
“28 ay ərzində davam edən birinci mərhələdə 19 mln. kv.m ərazi təmizlənib. Nəticədə 173 mina və 14,656 min PHS zərərsizləşdirilib. Bu mərhələnin reallaşdırılmasına 3,1 mln. avro ayrılıb”, - Q.Əhmədov bildirib.
1,8 mln. avro dəyərində II mərhələ 24 ay ərzində23,584 mln. kv.m ərazinin təmizlənməsini nəzərdə tuturdu. Nəticədə 1,553 min partlamamış mina və minlərlə metal qəlpələr aşkar edilib. **
R.Babayev
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Bakcell Fəvvarələr Meydanında yeni innovativ mağazasını təqdim etdi!
Yelo Bank “Summer Challenge 2024” təcrübə proqramını elan edir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət