Oktyabrın 16-dan 18-dək ABŞ ticarət missiyası Azərbaycana səfər edəcək. Bu barədə yerli mətbuat məlumat verir.
“Missiyanın əsas məqsədi iki ölkə arasında iqtisadi, ticarət və işgüzar əlaqələrin inkişafına töhfə vermək, habelə yeni əməkdaşlıq əlaqələrinin qurulması, o cümlədən Azərbaycanda investisiya yatırımları imkanlarının təşviqidir”, - məlumatda deyilir.
Səfər çərçivəsində missiya üzvlərinin Azərbaycanda dövlət qurumları, yerli şirkətlər, investisiya agentlikləri və beynəlxalq təşkilatlarla bir sıra görüşlər keçirməsi planlaşdırılır.
“Səfər zamanı 120-dən çox işgüzar görüşün təşkili gözlənilir”, - məlumatda qeyd olunur.
ABŞ Ticarət Nazirliyi tərəfindən sertifikatlaşdırılmış missiya şirkət və heyət üzvlərinin sayına görə indiyədək reallaşan missiyalar arasında ən böyüyü hesab edilir.
Onun tərkibinə müxtəlif sahələrdə, o cümlədən kosmik sənaye, müdafiə, təhlükəsizlik və yüksək texnologiyalar, telekommunikasiya, maliyyə və bankçılıq, kommunal xidmətlər, tikinti, təmir və mühəndislik, yol və körpülərin salınması, ətraf mühit, nəqliyyat və logistika, kənd təsərrüfatı texnika və texnologiyaları, suvarma, qida sənayesi, dəmir yolu və digər nəqliyyat vasitələri məhsul və xidmətləri üzrə ixtisaslaşmış ABŞ və dünyanın tanınmış korporasiyaları qatılıb.
Missiyaya “Acrow Bridge”, “Altec Worldwide”, “Amsted Rail”, “Argus Limited”, “AVIS”, “Baron”, “DTN”, “Geophysical Survey Systems”, “Greenbrier”, “Lindsay Corporation”, “Lockheed Martin”, “Miyamoto International”, “MWH Global”, “Nelson & Pade”, “Obie Technologies”, “Overseas Private Investment Corporation”, “Tutti-Frutti Licensor”, “US Commercial Service”, “USACC”, “VISA” kimi şirkət və təşkilatlar daxildir.
Səfər ABŞ Ticarət Nazirliyi və Azərbaycan səfirliyinin dəstəyi ilə həyata keçirilir. **
F.İsazadə
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət