Vergilər Nazirliyi 481 vergi ödəyicisinə şəffaf vergi partnyoru statusu verib.
Nazirliyin saytında bu cür statusa malik təşkilatların siyahısı dərc olunub (http://www.taxes.gov.az/uploads/2017/sheffaf/sh09102017.pdf).
Siyahıya əsasən, sığorta şirkətləri nazilriklə daha fəal partnyorluq edəcəklər. Xüsusilə, respublikada fəaliyyət göstərən 21 sığorta şirkətinin 14-ü şəffaf vergi partnyoru statusuna malikdir. Bunlar “AXA Mbask”, “A-Qroup Sığorta”, “Atasığorta”, “Atəşgah Həyat Sığorta”, “Atəşgah Sığorta", “Azərbaycan Sənaye Sığorta”, “Azsığorta", “Bakı Sığorta”, “Xalq Sığorta”, “Qala Həyat Sığorta", “Meqa Sığorta”, “PAŞA Həyat Sığorta”, “PAŞA Sığorta” və “Silkway Insurance” ASC-lərdir. Həmçinin ölkənin yeganə təkrarsığorta şirkəti “AzRe Təkrarsığorta” ASC və İcbari Sığorta Bürosu şəffaf vergi partnyorluğu əsasında fəaliyyət göstərən vergi ödəyicisidir.
Banklar arasında 31 kredit təşkilatından yalnız 4-ü bu cür statusa malikdir - “Accessbank”, “Bank Respublika” və “Ziraat Bank (Azerbaijan)” ASC-lər və “Yapı Kredi Bank (Azerbaijan)” QSC-dir.
Nazirliyin vergi partnyorları sırasına həmçinin Azərbaycanda fəaliyyət göstərən iri xarici neft və neft xidməti şirkətləri, mobil rabitə operatorları, maliyyə bazarında fəaliyyət göstərən şirkətlər, iri sənaye şirkətləridir. **
A.Əzizov
Norm Sement zavodunda “İstehsalat Təcrübəsi Proqramı”nın bağlanış mərasimi keçirilib
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
İş axtaranların nəzərinə - "Yelo Career Festival" keçiriləcək!
Bank Respublika və Niderland İnkişaf Bankı arasında növbəti iri həcmli kredit sazişi bağlandı!
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət