Bu gün Azərbaycan xalçaçılığı dünyada xüsusi fenomen hesab edilir. Bunu mədəniyyət və turizm naziri Əbülfəs Qarayev deyib.
"Bu gün Azərbaycan xalçaları dünyada fenomen hesab edilir və YUNESKO-nun Bəşəriyyətin Qeyri-Maddi Mədəni İrs üzrə reprezentativ siyahısına daxil edilib", - deyə o, oktyabrın 18-də V Beynəlxalq Azərbaycan Xalçası Simpoziumunda çıxışı zamanı bildirib.
Nazirin sözlərinə görə, Azərbaycan xalçaları alimlər və toxuculuq məhsullarının istehsalı sahəsində peşəkarlar üçün beynəlxalq səviyyədə xüsusi mövzuya çevrilib. "Beynəlxalq Azərbaycan Xalçası Simpoziumu artıq beşinci dəfədir keçirilir. Dördüncü simpozium YUNESKO-un mənzil qərargahında keçirilmiş və Azərbaycanın məşhur xalçaçısı Lətif Kərimovun 100 illiyinə həsr olunmuşdu”, - deyə o qeyd edib.
Ə.Qarayev vurğulayıb ki, simpoziumun keçirilməsi nəzəriyyə ilə təcrübənin birləşməsidir. Dünya mədəniyyətinin yüksək maraq göstərdiyi bu tədbirdə 25 ölkənin təmsilçiləri iştirak edir.
“Çoxsaylı qonaqlar sırasında alimlərlə yanaşı, Azərbaycan xalçalarının satışı və onların dünya miqyasında tanınması ilə məşğul olan insanlar da var. Bugünkü tədbir Azərbaycan xalçaçılığının inkişafına xidmət edəcək. Simpozium çərçivəsində Viktoriya Albert muzeyinin və fərdi kolleksiyaçıların təqdim etdiyi Azərbaycan xalçaları nümunələrinin sərgisi açılacaq. Bu, bizim üçün çoxdan gözlənilən hadisədir", - deyə nazir vurğulayıb.*
R.Babayev
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank “Summer Challenge 2024” təcrübə proqramını elan edir
AccessBank İsveçrənin responsAbility Investment AG şirkətindən $5 mln kredit cəlb edib
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət