"SOCAR Petroleum" QSC (SOCAR-ın “törəmə” şirkəti) 2018-ci ilin II rübündən Azərbaycanda sıxılmış qazın pərakəndə satışına başlayacaq. Bu barədə "İnterfaks-Azərbaycan" agentliyinə şirkətdən məlumat verilib.
"SOCAR Petroleum” 2018-ci ilin II rübündən “SOCAR” brendi altında fəaliyyət göstərən bütün yanacaqdoldurma məntəqələrində sıxılmış təbii qazın ("Compressed Natural Gas", CNG) satışına başlamağı planlaşdırır. Şirkət nəqliyyat vasitəsinə CNG ilə işləməyə imkan verən xüsusi avadanlığın quraşdırılması xidmətini tətbiq edəcək", - deyə məlumatda bildirilir.
"SOCAR Petroleum”un məlumatına görə, bu yeniliklər Azərbaycanın neft məhsullarının pərakəndə satışı bazarında ilk dəfə tətbiq edilir. Şirkət CNG-nin qiymət baxımından sərfəli alternativ yanacaq kimi müştərilərə satışına başlamağa qərar verib.
"Xüsusi olaraq yaradılmış xidmət mərkəzlərində avtomobillərə İtaliyada istehsal edilmiş keyfiyyətli və təhlükəsiz CNG-qurğular quraşdırılacaq. “SOCAR Petroleum” artıq bu xidmətdən yararlanmaq istəyən şəxslərin qeydiyyatına başlayıb. Avtomobil sahiblərinin qeydiyyatı www.socar-petroleum.az saytının CNG bölməsində və ya şirkətin “Facebook” səhifəsində aparılır", - deyə məlumatda vurğulanır.
Şirkətin mütəxəssislərinin hesablamalarına görə, CNG-dən istifadə avtomobil sahibinə hər 10 min kilometr üçün yanacaq sərfinə 600 manat qənaət etməyə imkan verəcək.
Hazırda Azərbaycanda “BakuBus” şirkətinin "Iveco" markalı sərnişin avtobusları "SOCAR Petroleum" şirkətinin 2015-ci il iyunun 3-də istismara verilmiş Zığ-Hövsan terminalında istehsal edilən CNG ilə işləyir.*
N.Abbasova
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Dünyanın ən məşhur idman və əyləncə kanalları indi “CityNet”də!
Azər Türk Bank daha bir filialını istifadəyə verdi
AccessBank Masallıda filialının açılması ilə regional şəbəkəsini genişləndirir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət